Jet Academy Logo
Məzmunə keç / Skip to content
Vakansiya

Data Science sahəsi üzrə təlimçi vakansiyası

15.12.2026

Half-time

Təcrübə :1 - 3 il

İş Haqqında

• Data Science sahəsi üzrə tədrisin keçirilməsi;

• Ev tapşırıqları və layihələrin verilməsi;

• İmtahanların və layihə təqdimatlarının keçirilməsi;

• Dərs materiallarının və kurs proqramının bazar tələblərinə uyğun olaraq yenilənməsi;

• Tələbələrə fərdi yanaşma və onların iş bazarına uyğun olaraq hazırlanması;

• Seminarların və info-sessiyaların keçirilməsi;

• Məhsulun inkişafı üçün marketinq komandasına lazımi dəstəyin göstərilməsi.

Namizədə Tələblər

• Yaş: 23+

• Data Science mütəxəssisi olaraq minimum 2 il iş təcrübəsi;

• Təlimçi olaraq iş təcrübəsi: 6 ay+;

• Tədris və təqdimat bacarıqları yüksək səviyyədə olmalıdır;

• Ünsiyyət və komanda ilə çalışma bacarıqları yüksək səviyyədə olmalıdır;

• Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;

• Məsuliyyətli, öz işini sevən və daim inkişaf edən.

İş şəraiti

• İş yeri : Bakı şəhəri, Olimpiya küç. 6A

(Gənclik Mall və İdman Nazirliyi yaxınlığında);

• İş rejimi: Axşam saatları/ 19:00 – 21:00;

• Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;

• Peşəkar və inkişaf yönümlü iş mühiti;

• Tədris sahəsində karyera inkişafı imkanları.

Əgər öz namizədliyinizi bu vakansiya üçün uyğun hesab edirsinizsə, zəhmət olmasa CV-nizi və əlavə məlumatları career@jetacademy.az ünvanına göndərin və məktubun başlığında " Data Science sahəsi üzrə təlimçi" yazmağı unutmayın.