

Java Backend Proqramlaşdırma Təlimi ilə Java dilini sıfırdan öyrənəcək, Spring Boot vasitəsilə server tərəfli tətbiqlər və REST API-lər hazırlayacaq, verilənlər bazaları, təhlükəsizlik, mikroservislər və deployment prosesləri üzrə praktiki bacarıqlar qazanacaqsınız.
Təlim Java Backend Developer kimi karyera qurmaq, biliklərini genişləndirmək və real layihələr üzərində işləyərək əmək bazarına hazırlaşmaq istəyənlər üçün nəzərdə tutulub.
Java Backend proqramçı veb və mobil tətbiqlərin istifadəçiyə görünməyən server tərəfini hazırlayan mütəxəssisdir. O, tətbiqin biznes məntiqini qurur, məlumatları emal edir, verilənlər bazasını idarə edir, API-lər yaradır və sistemin təhlükəsiz, sürətli və stabil işləməsini təmin edir.
Sadə dillə desək, istifadəçinin tətbiqdə etdiyi hər əməliyyatın arxa planda düzgün nəticə verməsinə Java Backend Developer cavabdehdir.
Müasir şirkətlər təhlükəsiz, etibarlı və genişləndirilə bilən server sistemlərinə ehtiyac duyur. Java isə bankçılıq, maliyyə, elektron ticarət, telekommunikasiya və iri korporativ layihələrdə geniş istifadə olunan əsas texnologiyalardandır.
Java Backend proqramlaşdırmanı öyrənməklə həm yerli, həm də beynəlxalq əmək bazarında tələb olunan peşəkar bacarıqlar əldə edirsiniz.
Bu istiqamətin əsas üstünlükləri yüksək tələbat, güclü karyera inkişafı və rəqabətli əməkhaqqı, irimiqyaslı layihələrdə işləmək imkanı, təhlükəsiz və dayanıqlı sistemlər hazırlamaq bacarığı, müxtəlif sektorlarda geniş karyera seçimi və qlobal bazara çıxışdır.
Təcrübəniz artdıqca remote işləmək, xarici layihələrə qoşulmaq və beynəlxalq şirkətlərdə karyera qurmaq imkanlarınız da genişlənir.
Təlim müddətində Java proqramlaşdırmanın əsaslarından başlayaraq Spring Boot, PostgreSQL, REST API, təhlükəsizlik, Mikroservislər arxitekturası və DevOps proseslərinə qədər bütün mərhələləri ardıcıl şəkildə mənimsəyəcəksiniz.
• Java əsasları: Java sintaksisi, dəyişənlər, məlumat tipləri, operatorlar, idarəetmə strukturları, dövrlər və metodlarla təmiz, alqoritmik kod yazmağı öyrənəcəksiniz.
• Obyektyönümlü proqramlaşdırma (OOP): Klasslar, obyektlər, inkapsulyasiya, inheritance, polimorfizm və abstraksiya prinsiplərini tətbiq edərək strukturlaşdırılmış proqramlar hazırlayacaqsınız.
• Qabaqcıl Java: Collections, Generics, Exception Handling, Stream API, Lambda və Multithreading ilə işləməyi mənimsəyəcəksiniz.
• Verilənlər bazaları və PostgreSQL: SQL sorğuları yazmağı, məlumatları saxlamağı, filtrləməyi, sıralamağı və verilənlər bazasını idarə etməyi öyrənəcəksiniz.
• Spring Boot və REST API: Server tərəfli tətbiqlər və veb, mobil platformalar arasında məlumat mübadiləsini təmin edən REST API-lər hazırlayacaqsınız.
• JPA və Hibernate: Java tətbiqlərini verilənlər bazası ilə əlaqələndirəcək, entity və repository strukturları quracaq, CRUD əməliyyatları aparacaqsınız.
• Korporativ təhlükəsizlik: Authentication, Authorization və JWT vasitəsilə istifadəçi hesablarını, seansları və API endpoint-lərini qorumağı öyrənəcəksiniz.
• Mikroservislər və Deployment: Docker, Apache Kafka və RabbitMQ ilə paylanmış sistemlər quracaq, Git, GitHub və CI/CD vasitəsilə layihələri test və production mühitinə hazırlayacaqsınız.
Mövzular Java-nın əsaslarından başlayaraq OOP, verilənlər bazaları, Spring Boot, təhlükəsizlik və mikroservislərə doğru mərhələli şəkildə keçirilir. Hər mövzu kodlaşdırma tapşırıqları, çalışmalar və real layihələrlə möhkəmləndirilir. Təlim müddətində server tərəfli tətbiqlər, RESTful API-lar və verilənlər bazaları ilə işləyən layihələr hazırlayaraq şəxsi portfolio formalaşdırırsınız.
Yaranan sual və çətinliklərin həlli üçün biz tərəfdən mentor dəstəyi alır, real şirkətlərdə istifadə olunan texnologiyalar və komanda işi prosesləri ilə tanış olursunuz. Final layihənizi tamamladıqdan sonra Java Backend Developer kimi işə başlamaq üçün zəruri bilik və praktiki təcrübəyə sahib olacaqsınız.
Java Backend proqramlaşdırma təlimini bitirdikdən sonra siz Backend Developer, Java Software Engineer, Android Mobile Developer, DevOps Engineer, QA Automation Engineer və Big Data Engineer kimi vəzifələrdə çalışa biləcəksiniz.
Bu istiqamətlər banklarda, dövlət qurumlarında, maliyyə və telekommunikasiya sektorunda, elektron ticarət platformalarında, startaplarda və beynəlxalq layihələrdə geniş iş imkanları yaradır.
Biz JET Academy olaraq təlimi uğurla tamamlayan tələbələrə geniş formada karyera dəstəyi göstəririk. Buna daxildir:
Proqramlaşdırmanı sıfırdan və sistemli şəkildə öyrənərək Java Developer kimi karyera qurmaq istəyənlər üçün
Mövcud proqramlaşdırma biliklərini Java, verilənlər bazalarsı, Spring Boot və Mikroservislər bilikləri ilə inkişaf etdirmək istəyənlər üçün
IT sahəsində yüksək təlabatlı bilik və bacarıqlar əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən gənclər üçün
Başqa sahədə çalışan, lakin gələcəyini IT və proqramlaşdırma sahələrində qurmaq istəyənlər üçün
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.