

Full-Stack proqramçı (Full-Stack Developer) - veb tətbiqin (layihənin) həm istifadəçinin gördüyü Front-End hissəsini, həm də arxa planda işləyən Back-End sistemini hazırlayan mütəxəssisdir. O, interfeysin qurulması, server məntiqinin hazırlanması, məlumat bazasının idarə edilməsi və API inteqrasiyası kimi proseslərdə iştirak edir.
Sadə dillə desək, Full-Stack Developer - rəqəmsal məhsulu ideya mərhələsindən tam hazır funksional vəziyyətə qədər gətirən mütəxəssisdir. Bu bacarıqlar ona həm komandada müxtəlif vəzifələrdə çalışmağa, həm də layihələri müstəqil hazırlamağa imkan verir.
Bu gün şirkətlərə veb tətbiqlərin bütün iş prinsipini anlayan və bütöv həll hazırlaya bilən proqramçılar lazımdır. Full-Stack proqramlaşdırmanı öyrənərək layihənin interfeysindən server və məlumat bazasına qədər bütün mərhələləri idarə edə biləcəksiniz.
Bu istiqamətin əsas üstünlükləri:
Müstəqil işləmək imkanı: Layihələri başdan sonadək özünüz hazırlaya biləcəksiniz.
Geniş karyera seçimi: Frontend, Backend və ya Full-Stack Developer kimi fəaliyyət göstərə biləcəksiniz.
İdeyanı məhsula çevirmək: Biznes və ya startup ideyanızı özünüz tək başına reallaşdıra biləcəksiniz.
Universal bacarıqlar: Biliklərinizi təhsil, maliyyə, elektron ticarət, logistika və digər sahələrdə tətbiq edə biləcəksiniz.
Əlavə gəlir imkanı: Fərdi sifarişlər və layihələr üzərində çalışaraq, əlavə gəlir əldə biləcəksiniz.
Remote (uzaqdan) işləmək imkanı: Xarici şirkətlər və layihələr üzərində remote və ya freelance formatda çalışar biləcəksiniz.
Xaricdə çalışmaq və yaşamaq: Sevdiyiniz hər hansı xarici ölkələrə miqrasiya edərək, orada yaşaya və çalışa biləcəksiniz.
Təlim zamanı veb saytların və veb tətbiqlərin hazırlanma prosesini mərhələli şəkildə öyrənəcəksiniz. İnterfeys texnologiyalarından başlayaraq server, məlumat bazaları və sistem inteqrasiyasına qədər bütün mərhələləri mənimsəyəcəksiniz.
Müasir veb interfeyslər: HTML5 və CSS3 vasitəsilə müxtəlif cihazlara uyğun, responsiv veb səhifələr hazırlamağı öyrənəcəksiniz.
Ul və stilləşdirmə alətlər: SASS/SCSS, Tailwind CSS və Material UI vasitəsilə müasir, çevik və estetik interfeyslər hazırlamağı öyrənəcəksiniz.
JavaScript ilə interaktiv funksiyalar yaratmağı və istifadəçi əməliyyatlarını idarə etməyi öyrənəcəksiniz.
TypeScript ilə Statik tiplər vasitəsilə daha təhlükəsiz, anlaşıqlı və idarəolunan JavaScript kodu yazacaqsınız.
React.js kitabxanası ilə səliqəli, təhlükəsiz və genişləndirilə bilən istifadəçi interfeysləri quracaqsınız.
Next.js ilə sürətli, dinamik və SEO yönümlü veb tətbiqlər hazırlaya biləcəksiniz.
Backend proqramlaşdırma: Node.js və Express.js ilə server sistemləri və REST API-lar yaradacaqsınız.
Məlumat bazaları: MongoDB və Mongoose ilə məlumatları saxlamağı və idarə etməyi öyrənəcəksiniz.
Versiya nəzarəti: Git və GitHub vasitəsilə layihələri idarə etməyi və komanda ilə işləməyi öyrənəcəksiniz.
Layihələrin yayınlanması: Hazırladığınız tətbiqləri deploy edərək internetdə istifadəyə verəcəksiniz.
Mərhələli tədris proqramı: Mövzular əsas anlayışlardan qabaqcıl texnologiyalara doğru ardıcıl şəkildə keçirilir. Sıfırdan başlayanlar üçün tam uyğundur.
Praktiki dərslər: Dərslər 80% praktikadan ibarətdir, hər mövzu izahından sonra dərhal praktikada bildiklərinizi tətbiq edirsiniz.
Real layihələr: Fərqli funksiyalara malik real həyatda istifadə edilən veb saytlar və tətbiqlər hazırlayaraq şəxsi portfelinizi formalaşdırırsınız.
Fərdi yanaşma: Hər tələbənin çətinlik çəkdiyi mövzunu vaxtında aşkar edirik və fərdi formada dəstək göstəririk.
İş mühitinə hazırlıq: Final layihədə bütün biliklərinizi ortaya qoyaraq işlək bir layihə hazırlayacaqsınız və bu layihə tam hazır olduqdan sonra siz artıq Junior Developer olaraq işə başlamaq üçün tam hazır olacaqsınız.
Təlimi bitirdikdən sonra siz aşağıda göstərilən vəzifələr üzrə çalışa biləcəksiniz:
Bu vəzifələr üzrə yerli və beynəlxalq şirkətlərdə, startaplarda, rəqəmsal agentliklərdə, fərdi layihələrdə, eləcə də remote formatda (uzaqdan) işləmək üçün geniş imkanlar əldə edəcəksiniz.
Biz də öz növbəmizdə təlimi uğurla başa vuran tələbələrə karyera dəstəyi göstəririk, onları təcrübə proqramları və iş üçün partnyorluq etdiyimiz şirkətlərə və qurumlara yönləndiririk.
Təlim proqramının 80%-ni real layihələr və tapşırıqlar üzərində qurmuşuq ki, tələbələrimizi real iş mühitinə qısa müddət ərzində tam hazır edək.
Sahə üzrə təcrübəli təlimçi və mentorlardan öyrənərək real iş mühitinə uyğun peşəkar bilik və bacarıqlar əldə edəcəksiniz.
Tədris müddəti ərzində proqramlaşdırma sahəsində istifadə olunan bütün müasir Al alətlərindən istifadə etməyi öyrədirik. Bunun hesabına siz bütün vakansiyaların tələblərinə tam uyğun olacaq və kodlaşdırma işini dəfələrlə sürətləndirə biləcəksiniz.
Proqramlaşdırmanı sıfırdan və sistemli şəkildə öyrənərək Java Developer kimi karyera qurmaq istəyənlər üçün
Mövcud proqramlaşdırma biliklərini Java, verilənlər bazalarsı, Spring Boot və Mikroservislər bilikləri ilə inkişaf etdirmək istəyənlər üçün
IT sahəsində yüksək təlabatlı bilik və bacarıqlar əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən gənclər üçün
Başqa sahədə çalışan, lakin gələcəyini IT və proqramlaşdırma sahələrində qurmaq istəyənlər üçün
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.