

Bir veb sayta daxil olduğunuz ilk saniyələrdə gördüyünüz dizayn, menyular, düymələr, animasiyalar və interaktiv funksiyalar təsadüfən yaranmır. Bütün bu rəqəmsal təcrübənin arxasında Frontend Proqramlaşdırma dayanır.
JET Academy-nin Frontend Proqramlaşdırma Təlimi proqramlaşdırmaya sıfırdan başlamaq, müasir veb texnologiyalarını öyrənmək və Frontend developer kimi karyera qurmaq istəyənlər üçün hazırlanıb. HTML və CSS-dən başlayaraq JavaScript, React.js, Redux Toolkit, TypeScript və Next.js kimi əmək bazarında istifadə olunan texnologiyaları mərhələli şəkildə öyrənəcək, real layihələr hazırlayaraq portfolio formalaşdıracaqsınız. Eyni zamanda Claude, Copilot və Cursor kimi AI alətləri, Git və GitHub ilə işləməyi öyrənərək müasir proqramlaşdırma mühitinə hazırlaşacaqsınız.
Frontend proqramçı veb sayt və tətbiqlərin istifadəçinin gördüyü və qarşılıqlı əlaqədə olduğu hissəsini hazırlayan mütəxəssisdir. Dizaynın işlək interfeysə çevrilməsi, səhifələrin mobil və digər cihazlara uyğunlaşdırılması, interaktiv funksiyaların yaradılması və istifadəçi təcrübəsinin yaxşılaşdırılması onun əsas vəzifələrindəndir. Sadə desək, Frontend proqramçı dizaynı kod vasitəsilə işlək rəqəmsal məhsula çevirir.
Bizneslərin rəqəmsallaşması veb sayt, platforma və tətbiqlərə olan ehtiyacı artırır. Buna görə Frontend developer, React Developer və Web Developer kimi mütəxəssislər müxtəlif sektorlarda karyera qura bilirlər. Frontend proqramlaşdırma həm də IT sahəsinə güclü başlanğıcdır. Gələcəkdə Full-Stack, Mobile Development və digər proqramlaşdırma istiqamətlərinə keçid edə, sərbəst layihələr götürə və uzaqdan beynəlxalq layihələrlə işləyə bilərsiniz.
Təlimdə HTML və CSS ilə responsiv səhifələr, SASS/SCSS, Tailwind CSS, Bootstrap və Material UI ilə müasir interfeyslər hazırlamağı öyrənəcəksiniz. JavaScript ilə dinamik funksiyalar quracaq, React.js ilə komponent əsaslı tətbiqlər yaradacaq, Redux və Redux Toolkit vasitəsilə state management-i mənimsəyəcəksiniz.TypeScript ilə daha təhlükəsiz və strukturlaşdırılmış kod, Next.js ilə performanslı və SEO optimallaşdırılmış veb tətbiqlər hazırlayacaqsınız. Claude, Copilot və Cursor ilə kodlaşdırma prosesini sürətləndirməyi, Git və GitHub ilə layihələri və komanda işini idarə etməyi də öyrənəcəksiniz.
Tədris əsas mövzulardan qabaqcıl Frontend texnologiyalarına doğru mərhələli şəkildə qurulub. Hər mövzu kodlaşdırma tapşırıqları və real layihələrlə möhkəmləndirilir. Təlim müddətində müxtəlif veb səhifələr, interfeyslər və tətbiqlər hazırlayaraq şəxsi portfolio formalaşdıracaq, real iş mühitində bir neçə texnologiyanı eyni layihədə istifadə etməyi öyrənəcəksiniz. Dərslər əyani, onlayn və hibrid formatda keçirilir.
Təlimi tamamladıqdan sonra Frontend Developer, React Developer və Web Developer istiqamətində karyera qura bilərsiniz. JET Academy tələbələrə CV və portfolio hazırlanması, texniki və HR müsahibələrinə hazırlıq, referansların verilməsi, təcrübə proqramları və iş imkanlarına yönləndirmə üzrə karyera dəstəyi göstərir.
Əgər Frontend Proqramlaşdırmanı sıfırdan öyrənmək, JavaScript, React.js, TypeScript və Next.js üzrə real bacarıqlar qazanmaq və Frontend developer kimi karyeraya başlamaq istəyirsinizsə, JET Academy-nin Frontend Proqramlaşdırma Təlimi bu məqsədə çatmaq üçün sistemli və karyera yönümlü öyrənmə yolu təqdim edir.
Proqramlaşdırmanı sıfırdan və sistemli şəkildə öyrənərək Java Developer kimi karyera qurmaq istəyənlər üçün
Mövcud proqramlaşdırma biliklərini Java, verilənlər bazalarsı, Spring Boot və Mikroservislər bilikləri ilə inkişaf etdirmək istəyənlər üçün
IT sahəsində yüksək təlabatlı bilik və bacarıqlar əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən gənclər üçün
Başqa sahədə çalışan, lakin gələcəyini IT və proqramlaşdırma sahələrində qurmaq istəyənlər üçün
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.