

Python Backend proqramçı (Python Backend Developer) — veb saytların və tətbiqlərin istifadəçiyə görünməyən, arxa planda işləyən sistemlərini hazırlayan mütəxəssisdir. O, server məntiqinin qurulması, məlumat bazalarının idarə edilməsi, API-lərin hazırlanması, istifadəçi məlumatlarının təhlükəsiz saxlanması və müxtəlif xidmətlərin sistemə inteqrasiyası kimi proseslərdə iştirak edir.
Sadə dillə desək, Python Backend Developer — istifadəçinin veb tətbiqdə etdiyi hər bir əməliyyatın arxa planda düzgün, təhlükəsiz və sürətli işləməsini təmin edən proqramçıdır. Python, Django və Django REST Framework kimi texnologiyalardan istifadə edərək funksional və genişləndirilə bilən sistemlər hazırlayır. Bu bacarıqlar ona həm texnologiya şirkətlərində işləməyə, həm də müxtəlif bizneslər üçün müstəqil Backend həlləri yaratmağa imkan verir.
Bu gün demək olar ki, bütün müasir veb tətbiqlərin arxasında məlumatları emal edən, istifadəçiləri idarə edən, digər sistemlərlə əlaqə yaradan və bütün əsas prosesləri həyata keçirən Backend infrastrukturu dayanır. Python Backend proqramlaşdırmanı öyrənərək server sistemlərindən məlumat bazalarına, API-lərdən süni intellekt inteqrasiyasına qədər müasir tətbiqlərin əsas iş prinsipini idarə edə biləcəksiniz.
Bu istiqamətin əsas üstünlükləri:
Öyrənilməsi rahat: Python-un sadə, aydın və oxunaqlı sintaksisi proqramlaşdırmaya yeni başlayanların mövzuları daha rahat mənimsəməsinə imkan verir.
Geniş karyera seçimi: Python Developer, Backend Developer, Software Engineer və Automation Engineer kimi müxtəlif vəzifələr üzrə fəaliyyət göstərə biləcəksiniz.
Süni intellektlə işləmək imkanı: Müasir AI servislərini və ağıllı funksiyaları veb tətbiqlərə inteqrasiya edərək daha funksional və innovativ məhsullar hazırlaya biləcəksiniz.
Universal bacarıqlar: Biliklərinizi maliyyə, elektron ticarət, telekommunikasiya, analitika, Data Science və digər texnologiya yönümlü sahələrdə tətbiq edə biləcəksiniz.
Əlavə gəlir imkanı: Fərdi sifarişlər, API layihələri, avtomatlaşdırma həlləri və müxtəlif Backend sistemləri hazırlayaraq əlavə gəlir əldə edə biləcəksiniz.
Remote (uzaqdan) işləmək imkanı: Python və Backend texnologiyalarına olan qlobal tələbat sayəsində xarici şirkətlər və beynəlxalq layihələr üçün remote və ya freelance formatda işləyə biləcəksiniz.
Xaricdə çalışmaq və yaşamaq: Beynəlxalq əmək bazarında tələb olunan Python Backend bilikləri sizə xarici şirkətlərdə karyera qurmaq və fərqli ölkələrdə işləmək üçün daha geniş imkanlar yarada bilər.
Təlim zamanı Python proqramlaşdırma dilindən başlayaraq müasir Backend tətbiqlərinin hazırlanma prosesini mərhələli şəkildə öyrənəcəksiniz. Python əsasları, məlumat bazaları, Django, REST API-lər, süni intellekt inteqrasiyası, asinxron proseslər və deployment mərhələlərinə qədər bütün əsas istiqamətləri mənimsəyəcəksiniz.
Python əsasları: Python sintaksisi, dəyişənlər, məlumat tipləri, şərt operatorları, dövrlər, funksiyalar, modullar və Lambda vasitəsilə alqoritmik düşüncə və kodlaşdırma bacarıqları qazanacaqsınız.
Qabaqcıl Python və OOP: Decorators, Error Handling, fayllarla iş, virtual mühitlər, klasslar, mirasalma, polimorfizm və abstraksiya prinsiplərindən istifadə edərək daha strukturlaşdırılmış və idarəolunan proqramlar hazırlayacaqsınız.
Veb əsasları və API-lərlə iş: HTML və CSS əsaslarını, HTTP sorğularını, JSON formatını və REST API-lərin işləmə prinsipini öyrənəcəksiniz.
Məlumat bazaları: PostgreSQL və SQL ilə məlumatları saxlamağı, CRUD əməliyyatları aparmağı, sorğular yazmağı və məlumat bazasının strukturunu qurmağı öyrənəcəksiniz.
Django ilə Backend proqramlaşdırma: Django vasitəsilə server tərəfli tətbiqlər hazırlamağı, Models, Views, URL Mapping, Templates, Django ORM, Authentication və digər əsas komponentlərlə işləməyi öyrənəcəksiniz.
Django REST Framework: Serialization, ViewSets, Routers, Pagination, Filtering və GET, POST, PUT, DELETE sorğuları ilə müasir RESTful API-lər hazırlaya biləcəksiniz.
Süni İntellekt (AI) inteqrasiyası: OpenAI API, Google Cloud və Azure AI servislərini layihələrə inteqrasiya edərək mətn generasiyası, ağıllı təklif sistemləri və AI əsaslı funksiyalar hazırlamağı öyrənəcəksiniz.
Asinxron tapşırıqların idarə olunması: Celery, Redis və RabbitMQ vasitəsilə asinxron prosesləri, dövri tapşırıqları, mesajlaşma sistemlərini və AI sorğularını idarə etməyi öyrənəcəksiniz.
Versiya nəzarəti: Git və GitHub vasitəsilə layihələrinizi idarə etməyi, kod versiyalarını izləməyi və komanda ilə işləməyi öyrənəcəksiniz.
Layihələrin yayımlanması (deployment): Docker, Docker Compose və NGINX vasitəsilə hazırladığınız tətbiqləri server mühitinə yerləşdirərək real istifadəyə verməyi öyrənəcəksiniz.
Mərhələli proqram: Mövzular əsas anlayışlardan başlayaraq daha qabaqcıl Back-End texnologiyalarına doğru izah edilir
Praktiki dərslər: Hər mövzu kodlaşdırma çalışmaları, gündəlik tapşırıqlar və müxtəlif tətbiqlər vasitəsilə möhkəmləndirilir.
Real layihələr:Təlim müddəti ərzində fərqli funksiyalara malik, real həyatda istifadə olunan layihələr və tətbiqlər hazırlayaraq təcrübə qazanır və portfolio formalaşdırırsınız.
Mentor dəstəyi: Yaranan bütün suallar və çətinliklərlə bağlı biz tərəfdən davamlı olaraq mentor dəstəyi alırsınız
İş mühitinə hazırlıq: Real iş mühitində istifadə olunan bütün texnologiyaları və prosesləri təlim müddətində öyrədirik ki, siz real işə başlamaq üçün tam hazır olasınız
Dǝrs formatı:Dərslərdə sizə ən uyğun şəkildə iştirak edə bilərsiniz: Əyani, Onlayn və ya Hibrid formatda
Təlimi bitirdikdən sonra siz aşağıda göstərilən vəzifələr üzrə çalışa biləcəksiniz:
Backend Developer: Veb tətbiqlərin server tərəfini, məlumat bazası əlaqələrini və əsas sistem məntiqini hazırlayır.
Python Developer: Python vasitəsilə veb sistemlər, avtomatlaşdırma həlləri, API-lər və müxtəlif proqram təminatları hazırlayır.
Software Engineer: Proqram təminatının arxitekturasının qurulması, funksional modulların hazırlanması və sistemlərin inkişaf etdirilməsi prosesində iştirak edir.
Automation Engineer: Müxtəlif biznes və texniki prosesləri Python vasitəsilə avtomatlaşdıran həllər hazırlayır.
Bu vəzifələr üzrə yerli və beynəlxalq texnologiya şirkətlərində, startaplarda, maliyyə və telekommunikasiya sektorunda, rəqəmsal platformalarda, fərdi layihələrdə, eləcə də remote formatda işləmək üçün geniş imkanlar əldə edə biləcəksiniz. Biz də öz növbəmizdə Python Backend proqramlaşdırma təlimi uğurla və yüksək nəticələrlə başa vuran tələbələrə karyera dəstəyi göstəririk: CV hazırlanması, müsahibələrə hazırlıq, referansların verilməsi, təcrübə proqramları və uyğun iş imkanları üzrə partnyor şirkət və qurumlara yönləndirmə ilə karyeraya keçid prosesində tələbələrimizin yanında oluruq.
Praktika yönümlü tədris: Təlim proqramının 80%-ni praktiki tapşırıqlar və layihələr üzərində qurmuşuq ki, tələbələrimizi real iş mühitinə tam hazır edək
Təcrübəli təlimçi heyəti: Sahə üzrə təcrübəli müəllim və mentorlardan öyrənərək real iş mühitinə uyğun peşəkar bilik və bacarıqlar əldə edirsiniz
Al alətlərinin istifadəsi: Tədris müddəti ərzində proqramlaşdırma sahəsində istifadə olunan Claude, Copilot və Cursor kimi müasir AI alətlərindən istifadə etməyi öyrənirsiniz. Bu alətlər kod yazma, problemləri müəyyənləşdirmə və prosesləri sürətləndirmək üçün sizə kömək edir
Karyera dəstəyi: Təlimi uğurla və yaxşı nəticələrlə bitirən tələbələrimizə karyera dəstəyi göstəririk: CV hazırlanması, müsahibələrə hazırlıq, referansların verilməsi, təcrübə proqramları və iş üçün yönləndirmələr
Proqramlaşdırmanı sıfırdan və sistemli şəkildə öyrənərək Backend Developer olaraq karyera qurmaq istəyənlər üçün
Mövcud proqramlaşdırma biliklərini Python, Django və digər müasir Backend texnologiyaları ilə inkişaf etdirmək istəyənlər üçün
IT sahəsində yüksək təlabatlı bilik və bacarıqlar əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən gənclər üçün
Başqa sahədə çalışan, lakin gələcəyini IT və proqramlaşdırma sahələrində qurmaq istəyənlər üçün
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir