
2021-ci ildən fəaliyyət göstərən JET Academy ölkənin texnologiya təhsili sahəsində etibarlı və nəticəyönümlü tədris mərkəzlərindən birinə çevrilmişdir. Yüzlərlə tələbənin karyera yoluna töhfə verərək onların rəqabət qabiliyyətli mütəxəssis kimi formalaşmasına dəstək olmuşuq. Məqsədimiz - real iş bazarı üçün hazır kadrlar yetişdirmək və onları iş həyatına inteqrasiya etməkdir.
Qısa müddətli, intensiv və fokuslanmış proqramlarımız əmək bazarının tələblərinə uyğun daim yenilənir və təcrübəli, aktiv çalışan mütəxəssislər tərəfindən tədris olunur. Tələbələr real alətlər, aktual texnologiyalar və praktik layihələr üzərində işləyərək iş mühitinə uyğun bacarıqlar qazanırlar.
Beynəlxalq standartlara əsaslanan metodologiyamız tələbələrə real iş mühiti simulyasiyası ilə praktiki təcrübə qazandırır. Məzunlarımızı tərəfdaş şirkətlərlə əlaqələndirir, iş imkanlarına çıxışlarını asanlaşdırır və peşəkar inkişaf yolunda müşayiət edirik. JET Academy - bilikdən nəticəyə gedən yolun ünvanıdır.


Praktik və aktual texnologiya təhsili ilə əmək bazarına hazır mütəxəssislər yetişdirmək, onların iş həyatına keçidinə və karyera inkişafına dəstək olmaq.
Texnologiya təhsilində keyfiyyət və məzun uğurları ilə seçilən, ölkənin güclü IT mütəxəssislərinin yetişməsində aparıcı rol oynayan akademiya olmaq.
Tədris sahəsi
Məzun sayı
Aktiv qrup sayı
Tələbə sayı
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir