

İş dünyasında sürət, dəqiqlik və peşəkarlıq artıq üstünlük deyil, zərurətdir. Microsoft Office proqramlarından düzgün istifadə etmək isə gündəlik işlərinizi daha rahat idarə etməyə, vaxta qənaət etməyə və daha effektiv nəticələr əldə etməyə kömək edir.
Ofis Proqramları Təlimi ilə Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və Microsoft Outlook proqramlarını mərhələli və praktika yönümlü şəkildə öyrənəcəksiniz. Sənədlərin hazırlanmasından hesabat və cədvəllərin idarə edilməsinə, peşəkar təqdimatların yaradılmasından e-poçt və iş proseslərinin təşkilinə qədər gündəlik ofis həyatında ehtiyac duyacağınız əsas bacarıqlara yiyələnəcəksiniz.Məqsədimiz sadəcə proqramların funksiyalarını öyrətmək deyil — iş mühitində onları daha sürətli, düzgün və effektiv istifadə edə biləcəyiniz praktiki bacarıqlar qazandırmaqdır.Karyeranızda daha məhsuldar olmaq, iş imkanlarınızı genişləndirmək və ofis proqramlarından daha peşəkar istifadə etmək istəyirsinizsə, bu təlim sizin üçün doğru başlanğıc ola bilər.
Təlim müddətində iş mühitində ən çox istifadə olunan Microsoft Word, Excel, PowerPoint və Outlook proqramları üzrə praktiki bacarıqlar əldə edəcəksiniz.
• Microsoft Word: Peşəkar sənədlər hazırlamağı, mətnləri formatlaşdırmağı, cədvəl və obyektlərlə işləməyi, avtomatik mündəricat və düzgün səhifə strukturu yaratmağı öyrənəcəksiniz.
• Microsoft Excel: Məlumatları strukturlaşdırmağı, formul və funksiyalardan istifadə etməyi, dinamik cədvəllər və hesabatlar hazırlamağı, diaqram və qrafiklərlə məlumatları vizuallaşdırmağı mənimsəyəcəksiniz.
• Microsoft PowerPoint: Oxunaqlı, vizual baxımdan cəlbedici və effektiv təqdimatlar hazırlamağı, slayd dizaynını qurmağı, şablon, animasiya və keçid effektlərindən düzgün istifadə etməyi öyrənəcəksiniz.
• Microsoft Outlook: Elektron poçt yazışmalarını idarə etməyi, məktubları sistemləşdirməyi, görüş və iclasları planlaşdırmağı, təqvim və tapşırıqlarla işləməyi öyrənəcəksiniz.
Təlimi tamamladıqdan sonra Microsoft Office proqramlarında daha sərbəst və effektiv işləmək bacarığı qazanacaqsınız.
Word vasitəsilə peşəkar sənədlər hazırlaya, Excel ilə məlumatları strukturlaşdıraraq cədvəl və dinamik hesabatlar qura, PowerPoint ilə vizual baxımdan cəlbedici təqdimatlar hazırlaya, Outlook vasitəsilə isə elektron yazışmalarınızı, görüşlərinizi və gündəlik tapşırıqlarınızı daha sistemli idarə edə biləcəksiniz.
Ofis proqramlarının funksiyalarını daha dərindən mənimsəməklə gündəlik işlərinizi sürətləndirəcək, vaxtınıza qənaət edəcək və iş prosesində məhsuldarlığınızı artıracaqsınız.
Tədris sıfırdan başlayaraq mərhələli şəkildə qurulur. Təlim praktika yönümlüdür və dərslərdə real iş mühitinə uyğun sənədlər, cədvəllər, hesabatlar, təqdimatlar və digər tapşırıqlar üzərində işləyəcəksiniz.Dərslər praktiki nümunələr, tapşırıqlar, sual-cavab və aktiv iştirak əsasında keçirilir. Tədris prosesi komfortlu və müasir avadanlıqlarla təmin olunmuş şəraitdə təşkil edilir.
Təlimə sizə uyğun olaraq əyani, onlayn və ya hibrid formatda qoşula bilərsiniz.
Praktika yönümlü tədris: Təlim proqramının 80%-ni praktika üzərində qurmuşuq ki, tələbələrimizi qısa zaman ərzində real iş mühitində verilən tapşırıqlara tam hazır edək
Təcrübəli təlimçi heyəti: Sahə üzrə təcrübəli təlimçilərdən öyrənərək proqramlardan daha düzgün, sürətli və effektiv istifadə etməyin üsullarını öyrənirsiniz
Komfortlu və müasir tədris mühiti: Dərslər şəhərin mərkəzi yerində, rahat məkanda, müasir və lazımi avadanlıqlarla təmin olunmuş tədris mərkəzində keçirilir
Karyera dəstəyi: Təlimi uğurla bitirən tələbələrimizə geniş karyera dəstəyi göstəririk: CV hazırlanması, LinkedIn profilin formalaşdırılması, müsahibələrə hazırlıq və s.
Gündəlik ofis işlərini daha sürətli, rahat və peşəkar səviyyədə yerinə yetirmək istəyənlər üçün
Əmək bazarında rəqabət üstünlüyü qazanmaq və praktik bacarıqlar əldə etmək istəyən gənclər üçün
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
Ofis proqramlarını daha dərindən öyrənmək, yeni bilik və bacarıqlar əldə etmək istyənlər
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.