Java Backend Proqramlaşdırma Təlimi

Java Back-End Proqramlaşdırma Təlimi ilə Java dilini sıfırdan öyrənəcək, Spring Boot vasitəsilə server tərəfli tətbiqlər və REST API-lər hazırlayacaq, verilənlər bazaları, təhlükəsizlik, mikroservislər və deployment prosesləri üzrə praktiki bacarıqlar qazanacaqsınız.
Təlim Java Back-End Developer kimi karyera qurmaq, biliklərini genişləndirmək və real layihələr üzərində işləyərək əmək bazarına hazırlaşmaq istəyənlər üçün nəzərdə tutulub.
Java Back-End proqramçı kimdir?
Java Back-End proqramçı veb və mobil tətbiqlərin istifadəçiyə görünməyən server tərəfini hazırlayan mütəxəssisdir. O, tətbiqin biznes məntiqini qurur, məlumatları emal edir, verilənlər bazasını idarə edir, API-lər yaradır və sistemin təhlükəsiz, sürətli və stabil işləməsini təmin edir.
Sadə dillə desək, istifadəçinin tətbiqdə etdiyi hər əməliyyatın arxa planda düzgün nəticə verməsinə Java Back-End Developer cavabdehdir.
Java Back-End proqramlaşdırmanı öyrənmək nə üçün vacibdir?
Müasir şirkətlər təhlükəsiz, etibarlı və genişləndirilə bilən server sistemlərinə ehtiyac duyur. Java isə bankçılıq, maliyyə, elektron ticarət, telekommunikasiya və iri korporativ layihələrdə geniş istifadə olunan əsas texnologiyalardandır.
Java Back-End proqramlaşdırmanı öyrənməklə həm yerli, həm də beynəlxalq əmək bazarında tələb olunan peşəkar bacarıqlar əldə edirsiniz.
Bu istiqamətin əsas üstünlükləri yüksək tələbat, güclü karyera inkişafı və rəqabətli əməkhaqqı, irimiqyaslı layihələrdə işləmək imkanı, təhlükəsiz və dayanıqlı sistemlər hazırlamaq bacarığı, müxtəlif sektorlarda geniş karyera seçimi və qlobal bazara çıxışdır.
Təcrübəniz artdıqca remote işləmək, xarici layihələrə qoşulmaq və beynəlxalq şirkətlərdə karyera qurmaq imkanlarınız da genişlənir.
Java Back-End proqramlaşdırma təlimində hansı bacarıqları qazanacaqsınız?
Təlim müddətində Java proqramlaşdırmanın əsaslarından başlayaraq Spring Boot, PostgreSQL, REST API, təhlükəsizlik, Mikroservislər arxitekturası və DevOps proseslərinə qədər bütün mərhələləri ardıcıl şəkildə mənimsəyəcəksiniz.
• Java əsasları: Java sintaksisi, dəyişənlər, məlumat tipləri, operatorlar, idarəetmə strukturları, dövrlər və metodlarla təmiz, alqoritmik kod yazmağı öyrənəcəksiniz.
• Obyektyönümlü proqramlaşdırma (OOP): Klasslar, obyektlər, inkapsulyasiya, inheritance, polimorfizm və abstraksiya prinsiplərini tətbiq edərək strukturlaşdırılmış proqramlar hazırlayacaqsınız.
• Qabaqcıl Java: Collections, Generics, Exception Handling, Stream API, Lambda və Multithreading ilə işləməyi mənimsəyəcəksiniz.
• Verilənlər bazaları və PostgreSQL: SQL sorğuları yazmağı, məlumatları saxlamağı, filtrləməyi, sıralamağı və verilənlər bazasını idarə etməyi öyrənəcəksiniz.
• Spring Boot və REST API: Server tərəfli tətbiqlər və veb, mobil platformalar arasında məlumat mübadiləsini təmin edən REST API-lər hazırlayacaqsınız.
• JPA və Hibernate: Java tətbiqlərini verilənlər bazası ilə əlaqələndirəcək, entity və repository strukturları quracaq, CRUD əməliyyatları aparacaqsınız.
• Korporativ təhlükəsizlik: Authentication, Authorization və JWT vasitəsilə istifadəçi hesablarını, seansları və API endpoint-lərini qorumağı öyrənəcəksiniz.
• Mikroservislər və Deployment: Docker, Apache Kafka və RabbitMQ ilə paylanmış sistemlər quracaq, Git, GitHub və CI/CD vasitəsilə layihələri test və production mühitinə hazırlayacaqsınız.
Təlim necə keçirilir?
Mövzular Java-nın əsaslarından başlayaraq OOP, verilənlər bazaları, Spring Boot, təhlükəsizlik və mikroservislərə doğru mərhələli şəkildə keçirilir. Hər mövzu kodlaşdırma tapşırıqları, çalışmalar və real layihələrlə möhkəmləndirilir. Təlim müddətində server tərəfli tətbiqlər, RESTful API-lar və verilənlər bazaları ilə işləyən layihələr hazırlayaraq şəxsi portfolio formalaşdırırsınız.
Yaranan sual və çətinliklərin həlli üçün biz tərəfdən mentor dəstəyi alır, real şirkətlərdə istifadə olunan texnologiyalar və komanda işi prosesləri ilə tanış olursunuz. Final layihənizi tamamladıqdan sonra Java Back-End Developer kimi işə başlamaq üçün zəruri bilik və praktiki təcrübəyə sahib olacaqsınız.
Karyera imkanları və karyera dəstəyi
Java Backend proqramlaşdırma təlimini bitirdikdən sonra siz Back-End Developer, Java Software Engineer, Android Mobile Developer, DevOps Engineer, QA Automation Engineer və Big Data Engineer kimi vəzifələrdə çalışa biləcəksiniz.
Bu istiqamətlər banklarda, dövlət qurumlarında, maliyyə və telekommunikasiya sektorunda, elektron ticarət platformalarında, startaplarda və beynəlxalq layihələrdə geniş iş imkanları yaradır.
Biz JET Academy olaraq təlimi uğurla tamamlayan tələbələrə geniş formada karyera dəstəyi göstəririk. Buna daxildir:
- CV və Portfolio hazırlanması
- Texniki və HR müsahibələrinə hazırlıq
- Referansların verilməsi
- Təcrübə proqramları və iş üçün yönləndirmələr
Nə üçün Java Back-End Proqramlaşdırma təlimini məhz JET Academy-də keçməlisiniz?
- Praktika yönümlü tədris: Təlim proqramının 80%-ni real layihələr və tapşırıqlar üzərində qurmuşuq ki, tələbələrimizi real iş mühitinə tam hazır edək
- Təcrübəli təlimçi heyəti: Sahə üzrə təcrübəli müəllim və mentorlardan öyrənərək real iş mühitinə uyğun peşəkar bilik və bacarıqlar əldə edəcəksiniz
- Al alətlərin istifadəsi: Tədris müddəti ərzində proqramlaşdırma sahəsində istifadə olunan bütün müasir AI alətlərindən istifadə etməyi öyrədirik
- Karyera dəstəyi: Təlimi uğurla bitirən tələbələrimizə karyera dəstəyi göstərir, onları təcrübə proqramları və iş üçün yönləndiririk
Təlimin modulları
- Proqramlaşdırmanın əsasları: Alqoritmik düşüncə, flowcharlar, psevdokodlar və Java sintaksisi
- Java-nın qurulması: IDE, JDK, JVM, JRE
- Java Proqramlarının Yazılması: Əsas proqramların yaradılması və icrası
- Dəyişənlər və Məlumat Tipləri: Yaddaşın ayrılması, primitiv növlər və operatorlar
- Giriş/Çıxış: Giriş və çıxış formatı üçün Scannerdən istifadə
- İdarəetmə strukturları: if/else, switch, ternary operatorlar və dövrələr
- Massivlər və OOP-ə Giriş: Massivlər, siniflər, obyektlər, metodlar və garbage collection
- Metodlar və OOP Prinsipləri: Konstruktorlar, metodun overloading-i, statik və instansiya metodları, inkapsulyasiya, miras vermə və metodun overriding-i
- Advanced OOP Principles: Polimorfizm, abstraksiya prinsipləri ilə obyekt yönümlü proqramlaşdırmanın inkişaf etmiş aspektləri
- Interfaces & Design Patterns: Interface-lərin tətbiqi, default/static metodlar və design pattern-lərin öyrənilməsi
- SOLID Principles & UML: Proqram təminatının dizayn prinsipləri və UML ilə vizual class dizaynı
- Packages & Access Modifiers: Built-in və user-defined packages, static imports və access modifiers istifadəsi
- Enumerations & Wrapper Types: Enum-lar, wrapper class lar və var açar sözünün istifadəsi
- Exception Handling: Exception hierarchy, custom exceptions və səhv idarəetməsi texnikaları
- Generics, Collections & Date/Time API: Type safety üçün generics, Java Collection Framework və Date/Time API ilə işləmək
- DSA & Lambda: DSA-ya giriş, Big O notation, lambda expressions və Stream API-nin öyrənilməsi
- Sorting & Comparison: Collections sıralaması, Comparator və Comparable istifadəsi, properties fayllarının oxunması
- Collections: Set, List, Queue, EnumSet, EnumMap və utility class-larla işləmək
- I/O Streams: Byte/character streams, FileReader, FileWriter və buffered streams istifadəsi
- Serialization & Reflection: Serialization texnikaları, Reflection API və dinamik method invocation
- Multithreading: Threads, onların həyat dövrü və sinxronlaşdırma prinsipləri
- Practice: DSA, sorting, I/O, serialization və multithreading üzrə praktiki tapşırıqlar
- Data Retrieval & Sorting: Expressions, operators, conditions və data sorting texnikaları ilə işləmək
- Aggregation & Subqueries: Group functions (AVG, SUM) və subqueries istifadəsi
- Joins & Constraints: Cədvəllərin birləşdirilməsi və constraint-lərin tətbiqi (Primary Key, Foreign Key)
- JDBC Basics: Verilənlər bazasına bağlantı və nəticələrin idarə olunması
- Spring Boot-a giriş: Spring Boot tətbiqinin qurulması, HTTP metodları, JSON/YAML formatları
- Spring Boot Requests: Annotasiyalarla request-lərin idarə olunması və Postman vasitəsilə test
- Services & Configuration: @Autowired, @Value, Lombok və JDBC Template istifadəsi
- Logging & Swagger: Logger-lərin konfiqurasiyası, API sənədləşdirməsi üçün Swagger inteqrasiyası
- Exception Handling & File Uploads: @ExceptionHandler istifadəsi və fayl yükləmələrinin idarə olunması
- Database Support: Spring Data, JPA və Hibernate qurulması və CRUD əməliyyatları
- Advanced JPA: One-to-One, One-to-Many, Many-to Many əlaqələr və custom queries
- MapStruct & Bean Mappings: MapStruct ilə obyekt xəritələşdirmələri
- Database Versioning: Liquibase vasitəsilə verilənlər bazası strukturunun versiyalanması və migration-lar
- Docker & Spring Boot: Docker konteynerlərinin işlədilməsi, Spring Boot tətbiqlərinin Dockerizasiya edilməsi və çoxlu konteynerlərin idarə olunması
- Internationalization & Statik Fayllar: Statik məzmunun təqdimatı, locales və message.properties faylları
- Thymeleaf: Spring Boot-da dinamik səhifələr və formaların idarə olunması
- Spring təhlükəsizliyi: Authentication, JWT və endpoint lərin qorunması.
- Security davamı: JWT imzalanması, kriptoqrafiya və Nimbus kitabxanası
- Scheduled Jobs: Cron əsaslı tapşırıqların yaradılması və idarə olunması.
- HTTP Calls: HTTP müraciətlər üçün RestTemplate və Feign istifadəsi
- SOAP & Mikroservislər: SOAP servisləri və Docker compose ilə mikroservislər
- Mikroservislər & CI/CD: Microservices pattern-ləri və Git ilə CI/CD alətləri
Qeydiyyatdan keç
Bu təlim kimlər üçün uyğundur?
Developer (proqramçı) olmaq istəyənlər
Öz karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyənlər
Baza biliklər
IT sahəsi üzrə baza biliklər və bacarıqlara sahib olanlar
Tələbələr və yeni məzunlar
Əmək bazarında rəqabət üstünlüyü qazanmaq və praktik bacarıqlar əldə etmək istəyən gənclər üçün
İxtisasını dəyişmək istəyənlər
Digər sahələrdə çalışan və daha perspektivli, daha maraqlı və yüksək qazanclı peşəyə sahib olmaq istəyənlər üçün
Təlimçi Heyəti
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir


-1761912146662.webp&w=1920&q=68)