Jet Academy Logo
Məzmunə keç / Skip to content

Data Analitika Təlimi

Saat: 96
Həftəlik dərs sayı: 3
Müddət: 4 Ay

Data Analitik kimdir?

Data Analitik şirkətin topladığı məlumatları araşdıraraq onları aydın və faydalı nəticələrə çevirən mütəxəssisdir. O, satış göstəriciləri, müştəri davranışları, reklam kampaniyalarının nəticələri və veb-sayt trafiki kimi məlumatları təhlil edir, biznesin daha düzgün qərarlar verməsinə kömək edir.

Data Analitika öyrənmək nə üçün vacibdir

Bu gün şirkətlər qərar verərkən yalnız təcrübəyə deyil, məlumatlara da əsaslanırlar. Data Analitika təlimi rəqəmləri düzgün oxumağı, vacib nəticələri görməyi və qərarları faktlarla əsaslandırmağı öyrədir.

Data Analitikası maliyyə, marketinq, satış, logistika və idarəetmə kimi bir çox sahədə istifadə olunur. Bu istiqamətdə qazandığınız biliklər yerli və beynəlxalq şirkətlərdə işləmək üçün möhkəm zəmin yaradır. Eyni zamanda, gələcəkdə AI Engineering və Machine Learning sahələrinə keçmək istəyənlər üçün də faydalıdır.

Data Analitika təlimində hansı bacarıqları qazanacaqsınız

Təlim zamanı məlumatı toplamaqdan nəticəni təqdim etməyə qədər bütün prosesi mərhələli şəkildə öyrənəcəksiniz.

Python: Məlumatları analiz edəcək və təkrarlanan işləri avtomatlaşdıracaqsınız.

Statistik düşüncə: Məlumatları düzgün qiymətləndirməyi və əsaslandırılmış nəticələr çıxarmağı öyrənəcəksiniz.

Məlumatların emalı: Böyük həcmli məlumatları işləyəcək və vacib göstəriciləri müəyyən edəcəksiniz.

Excel: Məlumatları sistemləşdirəcək, təhlil edəcək və hesabat üçün hazırlayacaqsınız.

SQL: Məlumat bazalarından lazım olan məlumatları əldə etməyi və filtrləməyi öyrənəcəksiniz.

Power BI: İnteraktiv dashboardlar və vizual hesabatlar hazırlayacaqsınız.

Statistik təhlildə nələri öyrənəcəksiniz

Statistika rəqəmlərin nə demək olduğunu anlamağa kömək edir. Onun vasitəsilə təsadüfi dəyişiklikləri real nəticələrdən ayırmaq və daha düzgün qərarlar vermək mümkündür.

Məlumatların toplanması: Məlumatları düzgün toplamaq və ümumiləşdirmək.

Əlaqələrin müəyyənləşdirilməsi: Göstəricilər arasında əlaqənin olub-olmadığını araşdırmaq.

Tendensiyaların aşkarlanması: Dəyişiklikləri və təkrarlanan nümunələri görmək.

Nəticələrin şərhi: Fərziyyələri yoxlamaq və nəticələri düzgün izah etmək.

Data Analitika təlimində hansı alət və texnologiyalarla işləməyi öyrənəcəksiniz

Təlimdə məlumatların emalı, təhlili və təqdimatı üçün istifadə olunan əsas alətlərlə işləyəcəksiniz.

Proqramlaşdırma və məlumatların emalı: Python, NumPy, Pandas

Excel əsaslı analitika: Microsoft Excel, Power Query, Power Pivot

Məlumat bazaları: Oracle SQL, PostgreSQL

Vizuallaşdırma və hesabat: Matplotlib, Power BI, DAX

Bu alətlər məlumatları əldə etməkdən nəticəni hesabat və dashboard şəklində təqdim etməyə qədər bütün iş prosesini qurmağa kömək edir.

Data Analitika təlimi necə keçirilir

Tədris yalnız nəzəri məlumatlardan ibarət deyil. Tədris prosesi - tapşırıqlar, layihələr və real biznes nümunələri üzərində göstərilir və praktikada tələbələr tərəfindən tətbiq olunur.

Əyani və onlayn tədris: sizə uyğun formatda dərslərə qoşula bilərsiniz.

Əlavə resurslar: təqdim etdiyimiz əlavə resursların (elektron kitablar, veb resurslar, videolar və s.) hesabına mövzuları təkrarlayacaq və hər mövzu üzrə daha geniş məlumat əldə edəcəksiniz.

Layihə əsaslı yanaşma: real biznes keysləri və problemləri üzərində çalışaraq real iş mühitinə uyğun təcrübə qazanacaqsınız.

Mentor dəstəyi: Suallarınız və çətinlik çəkdiyiniz mövzular üzrə davamlı olaraq təyin edilmiş mentor tərəfindən dəstək alacaqsınız.

Data Analitika üzrə karyera imkanları

Təlimdə qazandığınız bilik və bacarıqlar ilə data analitika sahəsində müxtəlif vəzifələrdə çalışa biləcəksiniz:

Data Analyst: məlumatları təhlil edir və nəticələri təqdim edir.

Reporting Analyst: hesabatlar hazırlayır və göstəriciləri izləyir.

Business Intelligence Analyst: biznes məlumatlarını dashboardlar vasitəsilə təhlil edir.

Data Reporting Specialist: məlumatları sistemləşdirir və hesabat şəklində təqdim edir.

Business Analyst: biznes proseslərini məlumatlar əsasında qiymətləndirir.

Data Operations Specialist: məlumatları emal edir və analiz üçün hazırlayır.

Beynəlxalq sertifikatlara hazırlıq

Tədris prosesi zamanı əldə etdiyiniz biliklər vasitəsi ilə Data Analitika sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatları əldə etmək üçün tam hazır olacaqsınız və biz sizə bu istiqamətdə tam dəstək göstərəcəyik:

  • MOSE – Microsoft Office Specialist Excel
  • Microsoft PL-300 Power BI
  • Oracle Database SQL Certified Associate
  • IBM SkillsBuild Data Fundamentals / Data Analytics Certificate
  • Google Data Analytics Professional Certificate
  • Cisco Skills for All – Data Analytics Essentials

Niyə Data Analitika sahəsini məhz JET Academy-də öyrənməlisiniz

Praktika yönümlü tədris

Təlim proqramının 70%-i real keyslər, layihələr və real biznes problemlərinin həlləri üzərində qurulub

Təcrübəli təlimçi heyəti

Sahə üzrə təcrübəli müəllim və mentorlardan öyrənərək real iş mühitinə uyğun peşəkar bilik və bacarıqlar əldə edəcəksiniz

Beynəlxalq standartlar

Tədris proqramı beynəlxalq standartlara uyğun hazırlanıb və beynəlxalq sertifikatlar əldə etmək üçün tam uyğundur

Karyera dəstəyi

Təlimi uğurla bitirən tələbələrimizə karyera dəstəyi göstəririk:

  • CV hazırlanması
  • Müsahibələrə hazırlıq
  • Referansların verilməsi
  • Təcrübə proqramları üçün yönləndirmə
  • İş üçün yönləndirmə

JET Academy-də keçirilən Data Analtika təlimi - məlumatların təhlilini öyrənmək, tələb olunan texniki bacarıqları inkişaf etdirmək, Python, Excel, SQL, Power BI və digər müasir Data Analitika alətlərindən istifadə edərək bu sahədə karyera qurmaq istəyənlər üçün əla seçimdir.

Təlimin modulları

  • Python-a giriş, dəyişənlər və məlumat tipləri
  • Verilənlər strukturları: list, tuple, dictionary və set
  • Şərt və dövr operatorları
  • Funksiyalar, modullar və xəta idarəetməsi
  • NumPy ilə ədədi hesablamalar və massivlər
  • Pandas ilə məlumatların oxunması və emalı
  • Məlumatların təmizlənməsi və təhlili
  • Matplotlib ilə vizuallaşdırma və qrafiklərin qurulması
  • Statistikaya giriş və əsas anlayışlar
  • Dəyişənlərin növləri və ölçmə səviyyələri
  • Təsviredici statistika və məlumatların ümumiləşdirilməsi
  • Orta, median, mod və dəyişkənlik ölçüləri
  • Paylanmalar, asimmetriya və eksses
  • Seçmə, Mərkəzi Limit Teoremi və standart xəta
  • Hipotez testləri, p-value, A/B və t-testləri
  • Korrelyasiya, kovariasiya və reqressiya
  • Statistik təhlillərin Python-da tətbiqi
  • Excel-in əsasları və məlumatların strukturlaşdırılması
  • Əsas, məntiqi, mətn, tarix, riyazi, statistik, lookup funksiyaları
  • Məlumatların təmizlənməsi, filtrlənməsi və sıralanması
  • Pivot Table və Pivot Chart ilə təhlil
  • Power Query ilə məlumatların transformasiyası
  • Power Pivot və Data Model ilə əlaqələrin qurulması
  • Qrafiklər, vizual analitika və dashboardların hazırlanması
  • Verilənlər bazası, PostgreSQL və SQL-ə giriş
  • SELECT sorğuları, filtrləmə və sıralama
  • SQL funksiyaları və məlumat tipləri
  • Aqreqat funksiyaları və məlumatların qruplaşdırılması
  • Bir neçə cədvəllə işləmək və JOIN əməliyyatları
  • Alt sorğular, CTE və sorğuların birləşdirilməsi
  • Tarix, mətn və ədədi məlumatlarla işləmə
  • INSERT, UPDATE və DELETE əməliyyatları
  • PostgreSQL və Oracle SQL üzrə praktiki çalışmalar
  • Power BI-a giriş və əsas iş mühiti
  • Müxtəlif mənbələrdən məlumatların əldə edilməsi
  • Power Query ilə məlumatların təmizlənməsi və transformasiyası
  • Data Model və cədvəllərarası əlaqələrin qurulması
  • DAX funksiyaları və hesablamaların yaradılması
  • Qrafiklər, cədvəllər və interaktiv vizuallar
  • Filtrlər, slicer-lər və KPI göstəriciləri
  • Peşəkar dashboard və hesabatların hazırlanması
  • Hesabatların yayımlanması, paylaşılması və yenilənməsi
  • Microsoft Office Specialist Excel (yalnız bu sertifikatı almaq istəyənlər bu modula qoşula bilər)
#data analytics#python#sql#power bi#excel#statistika#data analytics#python#sql#power bi#excel#statistika

Bu təlim kimlər üçün uyğundur?

Data Analitika sahəsində karyera qurmaq istəyənlər

Data Analitik kimi işləmək və yüksək maaşlı İT sahəsinə keçid etmək istəyənlər üçün

Tələbələr və yeni məzunlar

IT sahəsində yüksək təlabatlı bilik və bacarıqlar əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən gənclər üçün

İxtisasını dəyişmək istəyənlər

Başqa sahədə çalışan, lakin gələcəyini IT və proqramlaşdırma sahələrində qurmaq istəyənlər üçün

Biznes sahibkarı və rəhbər şəxslər

Məlumatları analiz edərək biznesi düzgün və daha sürətlə böyütmək istəyən sahibkar və rəhbərlər üçün

Təlimçi Heyəti

JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir

Team member Vahid Teymurlu
Vahid Teymurlu

Data Analitika mütəxəssisi (İqtisadiyyat Nazirliyi)

Team member Ləman  Mirzəyeva
Ləman Mirzəyeva

Mentor (JET Academy)

Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.

Qeydiyyatdan keç

Digər Sahələr