RIT Peşə Məktəbində seminarımız baş tutdu
%20(1)%20(1)%20(1)-1761389395891.webp&w=3840&q=100)
JET Academy Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində!
Bu dəfə biz gənclərlə birlikdə “Full Stack Developer Roadmap” seminarında bir araya gəldik. Seminarın məqsədi iştirakçılara proqramlaşdırma dünyasına praktiki baxış qazandırmaq, həmçinin gələcək karyera istiqamətlərini aydınlaşdırmaq idi.
Bu tədbir, IT sahəsində karyera qurmaq istəyən gənclər üçün həm motivasiya mənbəyi, həm də dəyərli bilik platforması oldu.
Seminarın spikeri – təcrübəli Murad Orucov, iştirakçılarla öz təcrübəsini bölüşərək aşağıdakı mövzular haqqında ətraflı məlumat verdi:
✅ Proqramlaşdırma nədir və niyə önəmlidir – Müasir dünyada kodlaşdırmanın əhəmiyyəti və həyatımızın hər sahəsində tətbiq imkanları.
✅ IT sahəsində gəlir və inkişaf perspektivləri – Bu sahədə yüksəlmək və uğur qazanmaq üçün lazım olan bilik və bacarıqlar.
✅ Full Stack Developer olmaq üçün izləniləcək yol – Addım-addım öyrənmə planı, həm front-end, həm də back-end istiqamətlərinin rolu.
✅ Öyrənilməsi vacib texnologiyalar – HTML, CSS, JavaScript, React, Node.js və digər mühüm texnologiyalara giriş.
Seminardan sonra seçilmiş iştirakçılar arasında imtahan keçirildi. Bu imtahan vasitəsilə gənclərin mövzu üzrə bilik səviyyəsi yoxlanıldı və nəticələrə əsasən, ən yüksək bal toplayan iştirakçıya JET Academy tərəfindən 100% təqaüd təqdim olundu! 🎓
Bu təqaüd qalibi artıq akademiyamızda Full Stack Developer proqramı üzrə təhsilini tamamilə ödənişsiz davam etdirəcək.
Bu təşəbbüs, gəncləri daha çox öyrənməyə təşviq etmək və IT sahəsində potensialı yüksək olan tələbələri dəstəkləmək məqsədi daşıyır.
Seminar ərzində iştirakçılar həm nəzəri, həm də praktiki biliklər əldə etdilər. Murad bəy real layihələr üzərindən nümunələr göstərərək, proqramlaşdırma sahəsində uğur qazanmağın yalnız motivasiya deyil, həm də davamlı öyrənmə və praktika tələb etdiyini vurğuladı.
JET Academy olaraq, biz gənclərə texnologiya sahəsində inkişaf üçün real imkanlar yaratmağa davam edirik.
Gələcək seminarlarımız, açıq dərslərimiz və karyera yönümlü tədbirlərimiz haqqında məlumat almaq üçün bizi izləməyə davam edin!
Full Stack Proqramlaşdırma kursumuz barədə ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edin:
https://jetacademy.az/az/course/full-stack-proqramlasdirma-kursu
Teqlər:
Post tapılmadı