ADNSU Sənaye və Texnologiya Kollecində “IT Mütəxəssisin Yol Xəritəsi” adlı seminar keçirildi
-1773153427970.webp&w=3840&q=100)
JET Academy tərəfindən ADNSU nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində tələbələr üçün “IT Mütəxəssisin Yol Xəritəsi” mövzusunda seminar təşkil olunub.
Tədbirin məqsədi gənclərə informasiya texnologiyaları sahəsində karyera qurmağın əsas mərhələlərini və inkişaf imkanlarını izah etmək olub.Seminar zamanı iştirakçılara IT sahəsinə ilk addımın necə atıldığı və bu istiqamətdə hansı bilik və bacarıqların vacib olduğu barədə məlumat verilib. IT sahəsində karyera mərhələləri izah edilib. Təqdimat zamanı IT sahəsində karyeraya başlanğıc nöqtəsi hesab olunan Help Desk mövqeyindən başlayaraq daha ixtisaslaşmış sahələrə doğru inkişaf yolu haqqında geniş məlumat təqdim edilib. Tələbələr IT sahəsində inkişaf üçün tələb olunan texniki bacarıqlar, praktiki biliklər və peşəkar istiqamətlər barədə məlumat əldə ediblər. IT sahəsində inkişaf istiqamətləri Seminar çərçivəsində iştirakçılara aşağıdakı istiqamətlər üzrə karyera imkanları haqqında məlumat verilib:
💻Help Desk mütəxəssisi
💻Sistem inzibatçılığı
💻Şəbəkə inzibatçılığı və şəbəkə idarəetməsi
Bu istiqamətlər üzrə inkişaf etmək istəyən tələbələrə IT sahəsində karyera planlaşdırılması və peşəkar inkişaf yolları barədə tövsiyələr təqdim olunub. Gənclərin texnologiya sahəsində inkişafına dəstək JET Academy texnologiya sahəsində karyera qurmaq istəyən gənclərin doğru istiqamət seçməsinə dəstək olmaq məqsədilə mütəmadi olaraq maarifləndirici seminarlar və təlim tədbirləri təşkil edir. Bu kimi təşəbbüslər tələbələrin informasiya texnologiyaları sahəsində real imkanlarla tanış olmasına kömək edir.
Post tapılmadı