IT Help Desk kursu
Kurs Haqqında
IT Help Desk Kursu 16 yaşdan böyük hər kəs üçün nəzərdə tutulub və 4 ay davam edir. Həftədə 2 dərs formatında keçirilən kurs praktiki və layihə yönümlü tədrisə əsaslanır.
Bu proqram tələbələrə kompüterlərin və şəbəkələrin idarə olunması, problem həlli və istifadəçi dəstəyi sahələrində güclü baza qazandırır, həmçinin peşəkar IT mühitində karyera imkanları açır.
Kursda öyrənəcəkləriniz:
• Kompüter aparat və proqram təminatı
• Əməliyyat sistemləri (Windows, Linux)
• Şəbəkə əsasları və təhlükəsizlik
• İstifadəçi hesablarının idarə olunması
• Real tapşırıqlar üzərində praktiki iş
Tələbələr kurs müddətində real iş mühitinə uyğun tapşırıqlar üzərində işləyir, mentor dəstəyi ilə bacarıqlarını möhkəmləndirir və kursun sonunda peşəkar sertifikat və praktiki təcrübə əldə edirlər.
- İKT və kompüterin iş prinsiplərinə giriş
- Say sistemləri və kompüterlərin riyazi əsasları
- Kompüter komponentləri
- Periferik cihazlar
- Çap cihazları
- Noutbuklar haqqında məlumat
- Mobil cihazlar və onların texniki xüsusiyyətlər
- Nüsxələmə və Bərpa Əməliyyatları
- Sistemin bərpası üçün Sergey Disk və HirensBoot CD
- Əməliyyat sistemləri haqqında ümumi məlumat
- Fayl sistemləri və disk bölmə sxemləri
- Müxtəlif əməliyyat sistemlərinin quraşdırılması (Windows, Linux)
- Əməliyyat sistemlərinin konfiqurasiyası (Windows)
- Windows parametrləri və təhlükəsizlik konfiqurasiyaları
- İstifadəçilərin fərdi kompüterə əlavə edilməsi
- Windows-da CLI ilə işləmək
- Digər əməliyyat sistemlərinin quraşdırılması və onlarla tanışlıq
- Windows və Linux CLI arasındakı fərqlər
- Antivirus Proqramı və Təhlükəsizlik üzrə Ən Yayğın Təcrübələr
- Arxivləşdirmə və Digər Vacib Alətlər
- Kompüter şəbəkələrinin əsasları
- Şəbəkə avadanlıqlarına giriş
- Simsiz şəbəkə avadanlığının konfiqurasiyası
- Windows firewall parametrləri və protokolları
- Microsoft Outlook-un əsasları
- Cisco avadanlıqlarına giriş
- Cisco avadanlığının konfiqurasiyası
- Əsas skript anlayışları
- AD\GPO əsas anlayışı və konfiqurasiyası
- Uzaqdan Dəstək Alətləri və Onların İstifadəsi (AnyDesk, Radmin, LiteManager və s.)
- Peer-to-Peer Networking: Fayl Paylaşımı və Təhlükəsizlik Konfiqurasiyalar
- Ticket sistemləri
- Korporativ etika
Qeydiyyatdan keç
Kursa kimlər qoşula bilər ?
16+ yaş
16 yaşdan böyük gənclər üçün uyğundur
Kompüter istifadəsi
Kompüterdən anlayışı olan və istifadə etməyi bacaranlar
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Məntiqi düşüncə
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
Təlimçi Heyəti
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir


