-1782397334834.webp&w=1920&q=85)
Kurs Haqqında
Süni İntellekt Mühəndisi kimdir və nə edir?
Süni intellekt mühəndisi süni intellekt sistemlərini, maşın öyrənməsi modellərini və AI əsaslı həlləri real rəqəmsal məhsullara çevirən mütəxəssisdir. Süni intellekt mühəndisliyi bu gün proqramlaşdırma, data analizi, machine learning, deep learning, böyük dil modelləri və avtomatlaşdırma texnologiyalarını birləşdirən ən aktual İT istiqamətlərindən biridir.
Süni intellekt mühəndisi chatbotlar, tövsiyə sistemləri, semantik axtarış, sənəd analizi, görüntü tanıma, mətn emalı və avtomatlaşdırılmış AI alətləri üzərində işləyir. Bu mütəxəssis yalnız model qurmaqla kifayətlənmir, həm də hazırlanmış süni intellekt həllərinin real sistemlərə inteqrasiyasını, sürətli və təhlükəsiz işləməsini təmin edir.
Süni İntellekt Mühəndisliyi Kursu bu sahədə karyera qurmaq istəyənlər üçün Python, data ilə işləmə, machine learning, deep learning, NLP, computer vision, LLM, RAG sistemləri və AI məhsullarının hazırlanması üzrə mərhələli tədris proqramı təqdim edir. Kurs müddətində iştirakçılar süni intellektin necə işlədiyini öyrənir, AI modelləri hazırlayır və biliklərini real layihələr üzərində tətbiq edirlər.
JET Academy-də Süni İntellekt Mühəndisliyi Kursu süni intellekt mühəndisi olmaq, AI sahəsində biliklərini inkişaf etdirmək və gələcəyin ən çox tələb olunan texnologiya istiqamətlərindən birində karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub.
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.