

Praktiki Kompüter Bilikləri kursu 16 yaşdan böyük hər kəs üçün nəzərdə tutulub və 1 ay davam edir. Həftədə 3 dərs formatında keçirilən kurs praktiki və layihə yönümlü tədrisə əsaslanır.
Bu proqram iştirakçılara kompüterin əsas hissələri, əməliyyat sistemi, fayl strukturu və rəqəmsal alətlərlə işləmə bacarıqları barədə fundamental biliklər verir, Gmail, Google Docs, Sheets, Canva və süni intellekt alətlərindən effektiv istifadə etməyi öyrədir.
📌 Kurs boyunca öyrənəcəkləriniz:
• Kompüterin əsas hissələri və əməliyyat sistemi
• Klaviatura qısa yolları və effektiv yazı bacarıqları
• Google ekosistemi: Gmail, Drive, Docs və Sheets
• Canva və dizayn alətləri ilə yaradıcı layihələr
• Süni intellekt alətləri (ChatGPT və digər AI) ilə ilkin iş
• Onlayn təhlükəsizlik və məlumatların qorunması
Tələbələr kurs müddətində real tapşırıqlar üzərində işləyir, bacarıqlarını inkişaf etdirir və kursun sonunda peşəkar sertifikat əldə edirlər.
Data Analitik kimi işləmək və yüksək maaşlı İT sahəsinə keçid etmək istəyənlər üçün
Texnoloji bilikləri olmayan və bu sahəni sıfırdan öyrənmək istəyənlər
Öyrənməyə həvəsi olan və çalışqan şəxslər