1. IT Biznes Analitika ixtisasının əhəmiyyəti
Müasir rəqəmsal dövrdə şirkətlərin uğuru texnoloji məhsulların biznes ehtiyaclarına nə dərəcədə dəqiq cavab verməsindən asılıdır. İT Biznes Analitika biznes dünyası ilə texniki komanda arasında əsas körpü rolunu oynayır. Bu sahə olmadan layihələrdə yanlış funksionallıqların qurulması, vaxt və büdcə itkisi qaçılmaz olur. Düzgün aparılan biznes analiz şirkətlərə həm resurslara qənaət etməyə, həm də istifadəçilər üçün real dəyər yaradan rəqabətqabiliyyətli məhsullar ortaya çıxarmağa imkan verir.
2. IT Biznes Analitik nə edir?
İT Biznes Analitik müştərinin və ya şirkətin problemlərini araşdırır, ehtiyacları toplayır və onları proqramçılar, dizaynerlər və test mühəndisləri üçün aydın texniki tapşırıqlara çevirir. Onun gündəlik fəaliyyətinə maraqlı tərəflərlə (stakeholder) görüşlərin keçirilməsi, biznes proseslərinin (BPMN) və sistem axınlarının (UML) modelləşdirilməsi, prototiplərin hazırlanması, API və verilənlər bazası (SQL) tələblərinin müəyyənləşdirilməsi, eləcə də BRD, FRD, SRS və User Story kimi sənədlərin yazılması daxildir.
3. Niyə IT Biznes Analitikasını öyrənməlisən?
- Kod yazmadan İT sahəsinə giriş: Dərin proqramlaşdırma biliyi tələb etmədən texnologiya sektorunda prestijli və yüksək gəlirli karyera qurmaq imkanı yaradır.
- Qlobal və yerli bazarda yüksək tələbat: Bank, fintex, telekommunikasiya, e-ticarət və dövlət layihələrində peşəkar analitiklərə ehtiyac sürətə artır.
- Süni İntellekt (AI) üstünlüyü: Müasir AI alətlərini mənimsəyən analitiklər analiz və sənədləşdirmə proseslərini 3–4 dəfə daha sürətli icra edərək əmək bazarında rəqiblərindən önə keçirlər.
- Strateji və çoxşaxəli inkişaf: Həm biznes məntiqini, həm də texniki arxitekturanı anlayaraq gələcəkdə Product Owner və ya Product Manager kimi rəhbər vəzifələrə yüksəlmək üçün ideal zəmin yaradır.
4. Təlimdə nələr öyrənəcəksiniz?
Proqram ərzində nəzəri biliklərlə yanaşı, müasir İT şirkətlərində tətbiq olunan real iş axınlarını mənimsəyəcəksiniz:
- Biznes Analiz & Metodologiyalar: IIBA (BABOK), PMI-PBA standartları, Agile (Scrum, Kanban), Waterfall və SDLC/PDLC mərhələləri.
- Vizual Modelləşdirmə və Prototipləşdirmə: Figma ilə UI prototiplərin qurulması, UML və BPMN 2.0 diaqramlarının çəkilməsi.
- Texniki Əsaslar və İnteqrasiya: SQL sorğuları , REST API, HTTP protokolları, Swagger (OpenAPI), Postman və Kafka arxitekturası.
- Texniki Yazılış (Technical Writing): Beynəlxalq standartlara uyğun BRD, FRD, SRS sənədlərinin və Jira-da User Story / Acceptance Criteria-ların hazırlanması.
- AI for IT BA: ChatGPT, Claude,AI diaqram/prototip generatorları və Agentic AI (MCP) alətlərinin iş prosesinə inteqrasiyası.
5. Təlim kimlər üçün uyğundur?
- Biznes ehtiyaclarını təhlil etməyi və onları texniki tələblərə çevirməyi sistemli şəkildə öyrənmək istəyənlər üçün ;
- Analiz, məhsul/layihə idarəetməsi, QA sahəsində çalışan mütəxəssislər, eləcə də kod yazmaqdan biznes və məhsul analitikasına keçid edib biliklərini gücləndirmək istəyən developerlər üçün ;
- İş həyatına IT sektorundan başlamaq, müasir AI alətlərini və biznes analiz bacarıqlarını öyrənərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq və uğurlu karyera qurmaq istəyən gənclər üçün ;
- Başqa sahədə qazandığı təcrübəni biznes proseslərinin təhlilində və rəqəmsal layihələrdə tətbiq etmək istəyənlər üçün .
6. Təlim sizə nə qazandıracaq?
- Hazır Praktiki Portfolio: Real Fintech və korporativ layihə simulyasiyaları əsasında sıfırdan hazırladığınız BRD/SRS sənədləri, diaqramlar və API spesifikasiyalarından ibarət güclü portfolio;
- Müasir Tech Stack Bacarıqları: Jira, Confluence, Figma, draw.io, SQL, Postman, Swagger və AI alətlərində sərbəst işləmək vərdişi;
- İşə Qəbul Hazırlığı: Peşəkar CV və LinkedIn profilinin qurulması, İT bazarı üzrə karyera yönləndirməsi və real texniki/HR müsahibə simulyasiyaları;
- Rəsmi Sertifikat: Tədris proqramını və yekun layihə müdafiəsini uğurla tamamlayan məzunlara JET Academy tərəfindən rəsmi sertifikat.
7. Niyə məhz JET Academy-də öyrənməlisiniz?
- Effektiv Tədris Modeli: Dərslər həftədə 3 dəfə olmaqla həftəlik 6 saat təşkil edir.
- AI-əsaslı Yenilikçi Proqram: Bazarda klassik proqramlardan fərqli olaraq, ən son Generative və Agentic AI alətlərinin biznes analizə tətbiqini praktik şəkildə öyrədirik.
- Real Sektor Təcrübəsi: Dərslər aktiv olaraq İT və fintex layihələrində çalışan təcrübəli təlimçi heyəti tərəfindən real biznes keysləri üzərindən keçirilir.
- Davamlı Qiymətləndirmə və Dəstək: Aralıq imtahanlar, imtahan sonrası fərdi səhv təhlilləri və hər dərsin video qeydi ilə tələbələrin mövzuları tam mənimsəməsinə dəstək oluruq.