

Data Analitik şirkətin topladığı məlumatları araşdıraraq onları aydın və faydalı nəticələrə çevirən mütəxəssisdir. O, satış göstəriciləri, müştəri davranışları, reklam kampaniyalarının nəticələri və veb-sayt trafiki kimi məlumatları təhlil edir, biznesin daha düzgün qərarlar verməsinə kömək edir.
Bu gün şirkətlər qərar verərkən yalnız təcrübəyə deyil, məlumatlara da əsaslanırlar. Data Analitika təlimi rəqəmləri düzgün oxumağı, vacib nəticələri görməyi və qərarları faktlarla əsaslandırmağı öyrədir.
Data Analitikası maliyyə, marketinq, satış, logistika və idarəetmə kimi bir çox sahədə istifadə olunur. Bu istiqamətdə qazandığınız biliklər yerli və beynəlxalq şirkətlərdə işləmək üçün möhkəm zəmin yaradır. Eyni zamanda, gələcəkdə AI Engineering və Machine Learning sahələrinə keçmək istəyənlər üçün də faydalıdır.
Təlim zamanı məlumatı toplamaqdan nəticəni təqdim etməyə qədər bütün prosesi mərhələli şəkildə öyrənəcəksiniz.
Python: Məlumatları analiz edəcək və təkrarlanan işləri avtomatlaşdıracaqsınız.
Statistik düşüncə: Məlumatları düzgün qiymətləndirməyi və əsaslandırılmış nəticələr çıxarmağı öyrənəcəksiniz.
Məlumatların emalı: Böyük həcmli məlumatları işləyəcək və vacib göstəriciləri müəyyən edəcəksiniz.
Excel: Məlumatları sistemləşdirəcək, təhlil edəcək və hesabat üçün hazırlayacaqsınız.
SQL: Məlumat bazalarından lazım olan məlumatları əldə etməyi və filtrləməyi öyrənəcəksiniz.
Power BI: İnteraktiv dashboardlar və vizual hesabatlar hazırlayacaqsınız.
Statistika rəqəmlərin nə demək olduğunu anlamağa kömək edir. Onun vasitəsilə təsadüfi dəyişiklikləri real nəticələrdən ayırmaq və daha düzgün qərarlar vermək mümkündür.
Məlumatların toplanması: Məlumatları düzgün toplamaq və ümumiləşdirmək.
Əlaqələrin müəyyənləşdirilməsi: Göstəricilər arasında əlaqənin olub-olmadığını araşdırmaq.
Tendensiyaların aşkarlanması: Dəyişiklikləri və təkrarlanan nümunələri görmək.
Nəticələrin şərhi: Fərziyyələri yoxlamaq və nəticələri düzgün izah etmək.
Təlimdə məlumatların emalı, təhlili və təqdimatı üçün istifadə olunan əsas alətlərlə işləyəcəksiniz.
Proqramlaşdırma və məlumatların emalı: Python, NumPy, Pandas
Excel əsaslı analitika: Microsoft Excel, Power Query, Power Pivot
Məlumat bazaları: Oracle SQL, PostgreSQL
Vizuallaşdırma və hesabat: Matplotlib, Power BI, DAX
Bu alətlər məlumatları əldə etməkdən nəticəni hesabat və dashboard şəklində təqdim etməyə qədər bütün iş prosesini qurmağa kömək edir.
Tədris yalnız nəzəri məlumatlardan ibarət deyil. Tədris prosesi - tapşırıqlar, layihələr və real biznes nümunələri üzərində göstərilir və praktikada tələbələr tərəfindən tətbiq olunur.
Əyani və onlayn tədris: sizə uyğun formatda dərslərə qoşula bilərsiniz.
Əlavə resurslar: təqdim etdiyimiz əlavə resursların (elektron kitablar, veb resurslar, videolar və s.) hesabına mövzuları təkrarlayacaq və hər mövzu üzrə daha geniş məlumat əldə edəcəksiniz.
Layihə əsaslı yanaşma: real biznes keysləri və problemləri üzərində çalışaraq real iş mühitinə uyğun təcrübə qazanacaqsınız.
Mentor dəstəyi: Suallarınız və çətinlik çəkdiyiniz mövzular üzrə davamlı olaraq təyin edilmiş mentor tərəfindən dəstək alacaqsınız.
Təlimdə qazandığınız bilik və bacarıqlar ilə data analitika sahəsində müxtəlif vəzifələrdə çalışa biləcəksiniz:
Data Analyst: məlumatları təhlil edir və nəticələri təqdim edir.
Reporting Analyst: hesabatlar hazırlayır və göstəriciləri izləyir.
Business Intelligence Analyst: biznes məlumatlarını dashboardlar vasitəsilə təhlil edir.
Data Reporting Specialist: məlumatları sistemləşdirir və hesabat şəklində təqdim edir.
Business Analyst: biznes proseslərini məlumatlar əsasında qiymətləndirir.
Data Operations Specialist: məlumatları emal edir və analiz üçün hazırlayır.
Tədris prosesi zamanı əldə etdiyiniz biliklər vasitəsi ilə Data Analitika sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatları əldə etmək üçün tam hazır olacaqsınız və biz sizə bu istiqamətdə tam dəstək göstərəcəyik:
Praktika yönümlü tədris
Təlim proqramının 70%-i real keyslər, layihələr və real biznes problemlərinin həlləri üzərində qurulub
Təcrübəli təlimçi heyəti
Sahə üzrə təcrübəli müəllim və mentorlardan öyrənərək real iş mühitinə uyğun peşəkar bilik və bacarıqlar əldə edəcəksiniz
Beynəlxalq standartlar
Tədris proqramı beynəlxalq standartlara uyğun hazırlanıb və beynəlxalq sertifikatlar əldə etmək üçün tam uyğundur
Karyera dəstəyi
Təlimi uğurla bitirən tələbələrimizə karyera dəstəyi göstəririk:
JET Academy-də keçirilən Data Analtika təlimi - məlumatların təhlilini öyrənmək, tələb olunan texniki bacarıqları inkişaf etdirmək, Python, Excel, SQL, Power BI və digər müasir Data Analitika alətlərindən istifadə edərək bu sahədə karyera qurmaq istəyənlər üçün əla seçimdir.
Data Analitik kimi işləmək və yüksək maaşlı İT sahəsinə keçid etmək istəyənlər üçün
IT sahəsində yüksək təlabatlı bilik və bacarıqlar əldə edərək əmək bazarında rəqabət üstünlüyü qazanmaq istəyən gənclər üçün
Başqa sahədə çalışan, lakin gələcəyini IT və proqramlaşdırma sahələrində qurmaq istəyənlər üçün
Məlumatları analiz edərək biznesi düzgün və daha sürətlə böyütmək istəyən sahibkar və rəhbərlər üçün
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.