Ofis Proqramları kursu
Kurs Haqqında
Ofis Proqramları Kursu 16 yaşdan böyük hər kəs üçün nəzərdə tutulub və 2 ay davam edir. Həftədə 2 dərs formatında keçirilən kurs praktiki və layihə yönümlü tədrisə əsaslanır.
Bu proqram tələbələrə gündəlik iş mühitində ən çox istifadə olunan Word, Excel, PowerPoint və Outlook proqramlarını peşəkar səviyyədə öyrədir və ofis bacarıqlarını inkişaf etdirməklə karyera imkanlarını artırır.
📌 Kurs boyunca öyrənəcəkləriniz:
• Microsoft Word – mətnlərin hazırlanması və formatlaşdırılması
• Microsoft Excel – cədvəllər, formullar və hesabatların qurulması
• Microsoft PowerPoint – effektiv təqdimatların hazırlanması
• Microsoft Outlook – elektron poçt və kalendarın idarə olunması
Tələbələr kurs müddətində real tapşırıqlar üzərində işləyir, praktiki bacarıqlarını inkişaf etdirir və kursun sonunda peşəkar sertifikat əldə edirlər.
- Effektiv işləmək üçün qısa yol birləşmələri (shortcut-lar)
- Sənədin yaradılması və mətnin peşəkar şəkildə formatlanması
- Mətn strukturu və səviyyələrinin təyini (style anlayışı)
- Axtarış və əvəzləmə alətləri ilə sürətli redaktə
- Cədvəl və obyektlərin əlavə edilməsi və tərtibatı
- Avtomatik və funksional məzmun cədvəlinin (mündəricat) hazırlanması
- Səhifə parametrlərinin qurulması, səhifə nömrələnməsi və çap öncəsi önizləmə
- Proqramın əsasları və istifadəçi pəncərəsinin strukturu
- Effektiv işləmək üçün qısa yol düymələri (shortcut-lar)
- Məlumatın düzgün şəkildə daxil edilməsi, formatlanması və avtomatik doldurulması
- Məlumatların köçürülməsi və strukturlaşdırılması
- Cədvəllərin vizual olaraq formatlanması və təqdimata uyğunlaşdırılması
- Sadə riyazi əməliyyatlar və məntiq funksiyalarının tətbiqi
- Mütləq və nisbətən ünvan anlayışı ilə formulaların qurulması
- Dinamik cədvəllərin yaradılması, diaqram və qrafiklərlə vizual təhlil bacarığı
- Proqramın əsasları, istifadəçi interfeysi və pəncərənin strukturu
- Təqdimatın yaradılması, şablonlar və slaydların idarə edilməsi
- Mətnin daxil edilməsi, avtomatik düzəliş və formatlaşdırma
- Slayd dizaynı: şriftlər, abzaslar, rəng sxemləri və fon seçimi
- Slayd animasiyaları və keçid effektlərinin əlavə edilməsi
- Çap parametrləri və təqdimatın çap öncəsi önizlənməsi
- Proqramın əsasları: İşə salınması və interfeysin tanıdılması
- Elektron poçt ilə iş: Məktubların yaradılması, cavab verilməsi və qoşmaların idarə edilməsi
- Məktub formatlaşdırılması: Yazı tərzi, mətnin düzülüşü və filtrlərin tətbiqi
- Məktubların saxlanması: Qovluqlara avtomatik yerləşdirilməsi və axtarış funksiyası
- Təqvimlə iş: Görüşlərin planlaşdırılması, təqvimin formatlaşdırılması və çap edilməsi
- İclasların və tapşırıqların təşkili: Resurslar və tədbirlərin planlaşdırılması
Qeydiyyatdan keç
Kursa kimlər qoşula bilər ?
16+ yaş
16 yaşdan böyük gənclər üçün uyğundur
Kompüter istifadəsi
Kompüterdən anlayışı olan və istifadə etməyi bacaranlar
İngilis dili səviyyəsi
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Məntiqi düşüncə
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
Təlimçi Heyəti
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir

