

IT Şəbəkə İnzibatçılığı kursu - şəbəkə texnologiyalarını sıfırdan öyrənmək və real iş mühitində Şəbəkə İnzibatçısı olaraq çalışmaq istəyənlər üçün nəzərdə tutulub.
Kursun proqramı - şəbəkə sahəsində tam sıfırdan, mütəxəssis səviyyəsinə qədər olan mövzuları əhatə edir:
∙ Şəbəkənin Əsasları: OSI və TCP/IP modelləri, kabelləşmə, IP ünvanlandırma və IOS əməliyyat sistemi.
∙ Switching və Subnetting: VLAN-ların qurulması, STP protokolu və şəbəkələrin alt şəbəkələrə bölünməsi (Subnetting/VLSM).
∙ Routing (Marşrutizasiya): Statik və dinamik marşrutizasiya protokolları (OSPF, EIGRP, BGP), IPv6 konfiqurasiyası.
∙ Təhlükəsizlik və Avtomatlaşdırma: Firewall əsasları, ACL, VPN texnologiyaları və şəbəkələrin proqramlaşdırılması (SDN, REST APIs).
∙ Müxtəlif brendlərin avadanlıqları üzərində praktika: tələbələr yalnız Cisco deyil, həmçinin MikroTik, HP və Planet switch-ləri və routerləri ilə işləməyi öyrənirlər.
Bu kursu keçməklə nə əldə edəcəksiniz:
∙ Yüksək tələbatlı və gəlirli ixtisasa sahib olacaqsınız: Şəbəkə İnzibatçısı, Şəbəkə Mühəndisi;
∙ Özünüz sərbəst olaraq şəbəkələri idarə edə biləcəksiniz: şəbəkələrin yaradılması, avadanlığın konfiqurasiya edilməsi, çıxan problemlərin həll edilməsi;
∙ Şəbəkələrin təhlükəsizliyini təmin edə biləcəksiniz;
∙ Beynəlxalq sertifikatlar almaq üçün bütün lazımi bilik və bacarıqlara sahib olacaqsınız: Cisco CCNA, CompTIA Network+
18 yaşdan böyük gənclər üçün uyğundur
IT sahəsi üzrə baza biliklər və bacarıqlara sahib olanlar
IT sahəsində Help Desk mütəxəssisi, Şəbəkə İnzibatçısı və ya Sistem İnzibatçısı olaraq peşəkar karyera qurmaq istəyənlər
IT biliklərini gücləndirmək istəyənlər, bu sahədə yeni bilik və bacarıqlar əldə etmək istəyənlər