
Kurs Haqqında
IT Specialist Kursu İT sahəsində karyera qurmaq, kompüter sistemləri, server infrastrukturu və şəbəkə texnologiyalarını peşəkar səviyyədə öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuş kompleks tədris proqramıdır.
6 ay davam edən kurs müddətində iştirakçılar kompüter avadanlıqları, əməliyyat sistemləri, Helpdesk və Texniki Dəstək Prosesləri, Windows Server, Active Directory, Virtualizasiya Texnologiyaları, Kompüter Şəbəkələri, Cisco və MikroTik həlləri, eləcə də Şəbəkə Təhlükəsizliyi sahəsində həm fundamental, həm də praktiki biliklər əldə edirlər.
Tədris proqramı real iş mühitinə uyğun laboratoriya məşğələləri və praktiki tapşırıqlar əsasında qurulub. Tələbələr korporativ İT infrastrukturlarının idarə olunması, istifadəçi dəstəyi, server və şəbəkə sistemlərinin sazlanması, monitorinqi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində praktiki təcrübə qazanırlar.
• Kompüter və server avadanlıqları
• Helpdesk və texniki dəstək prosesləri
• CCTV və təhlükəsizlik sistemləri
• Windows və Windows Server idarəetməsi
• Active Directory və Group Policy
• Virtualizasiya texnologiyaları
• TCP/IP və şəbəkə əsasları
• Cisco Routing və Switching
• MikroTik şəbəkə həlləri
• VPN və şəbəkə təhlükəsizliyi
Kursun sonunda iştirakçılar real laboratoriya layihələri üzərində işləyərək praktik təcrübə əldə edir, korporativ İT mühitində istifadə olunan texnologiyalarla işləmə bacarığı qazanır və IT Helpdesk Specialist, IT Support Engineer, Network Administrator kimi vəzifələr üçün tələb olunan bilik və bacarıqlara yiyələnirlər.
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir