Flutter Mobil Proqramlaşdırma

Kurs haqqında

Mobil proqramlaşdırma bu gün ən çox tələb olunan IT sahələrindən biridir. JET Academy sizə Android və iOS platformaları üçün tətbiqlər hazırlamağı Flutter framework-u və Dart dili ilə öyrənmək imkanı yaradır. Bu kurs sizə mobil tətbiqlər yaratmaq, onları optimallaşdırmaq və bazara çıxarmaq üçün nəzəri və praktiki biliklər qazandıracaq.

Kursun Proqramı:

🔹 Dart dilinin əsasları – dəyişənlər, funksiyalar, obyekt yönümlü proqramlaşdırma (OOP);
🔹 Flutter əsasları – widget-larla işləmə, layout dizaynı, naviqasiya və vəziyyət idarəsi;
🔹 REST API və Firebase inteqrasiyası – məlumat bazaları ilə işləmə, autentifikasiya;
🔹 BLoC ilə state management – tətbiqlərdə vəziyyət idarəsinin optimallaşdırılması;
🔹 Performans optimizasiyası və Marketplace-lərə yerləşdirmə – tətbiqlərin Play Store və App Store-a yüklənməsi;
🔹 Final layihəsi və karyera hazırlığı – real layihələrin işlənməsi və iş müsahibələri üçün hazırlıq.

Bu kurs kimlər üçündür?

01

Mobil proqramlaşdırma sahəsində karyera qurmaq istəyənlər üçün

02

Digər sahələrdən mobil proqramlaşdırmaya keçmək istəyənlər üçün

03

Flutter və Dart öyrənmək istəyənlər üçün

04

Yüksək gəlirli sahədə karyera qurmağı planlaşdıranlar üçün

Qeydiyyatdan keç

Kursu seçin Adınız və soyadınız E-mailiniz Əlaqə nömrəniz Zəng üçün sizə uyğun olan vaxtı seçin


Karyera dəstəyi

Portfolio hazırlanması

Kurs və Təcrübə proqramı ərzində hazırlayacağınız layihələri Portfolionuza və CV-nizə yerləşdirə biləcəksiniz

CV məsləhətləri və yönləndirmə

CV hazırlanması üzrə məsləhət veririk və hazır CV-nizi partnyor şirkətlərə təcrübə və iş üçün yönəldirik

İntervyu məsləhətləri

Sizə iş təklif edən şirkət ilə intervyu üçün hazırıayacayıq: özünüzü intervyuda necə aparmalısınız, suallara necə cavab verməlisiniz və digər məsləhətlər

İş üçün yönləndirmə

Kursu bitirdikdən sonra dərhal işə başlamaq çox önəmlidir. Bu məsələdə də biz sizə yardımçı olacağıq: iş imkanı üçün sizi əməkdaşlıq etdiyimiz şirkətlərə yönəldəcəyik

Təcrübə proqramı

Siz kursumuzun məzunu olduqdan sonra sizi təcrübə proqramı ilə təmin edəcəyik və ya təcrübə üçün partnyor şirkətlərə yönəldəcəyik

Texniki dəstək

Kurslarımızı bitirdikdən sonra belə biz 6 ay ərzində sizin yanınızda olacayıq. Əgər siz işə düzəldiyiniz şirkətdə hər hansı texniki çətinliklə üzləşsəniz, təlimçilərimiz sizə dəstək göstərəcəklər

Məzunlarımız

Məzunlarımızın “JET Academy” haqqında fikirləri ilə tanış olun

Pulsuz Konsultasiya

Tədris sahəsinin seçimi ilə bağlı çətinlik çəkirsinizsə, pulsuz konsultasiya xidmətimizdən istifadə edin. Biz sizə doğru seçim etməkdə yardımçı olacayıq



Tez-tez verilən suallar

Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz

JET Academy harada yerləşir?

Gənclik filialımızın ünvanı: Bakı ş., Olimpiya küçəsi 6A (Gənclik Mall yaxınlığında). Koroğlu filialımızın ünvanı: Bakı ş., Heydər Əliyev prospekti 187B, Sport Plaza, B bloku, 4-cü mərtəbə (Atletlər kəndi yaxınlığında).

Proqramlaşdırmanı öyrənmək üçün ingilis dili biliyi vacibdirmi?

İngilis dili biliyi B1/B2 səviyyəsində olmalıdır: ingilis dilində dokumentasiyanı rahat oxuyub başa düşməlisiniz. Yüksək səviyyəli proqramçı olmaq istəyirsinizsə, ingilis dili biliyiniz də yaxşı səviyyədə olmalıdır.

Online dərslər mövcuddurmu?

Bəli, dərslərdə istər əyani, istər online formatda iştirak edə bilərsiniz.

Kurslara neçə yaşdan qəbul edirsiniz?

16 yaşdan başlayaraq qəbul edirik, xüsusi hallarda 14-15 yaşdan da qəbul edə bilirik

Kursu bitirdikdən sonra sertifikat alacam?

Bəli, kurslarımızı bitirən məzunlarımızı sertifikat ilə təmin edirik. Kurslarımızı fərqlənmə ilə bitirən məzunlarımızı isə “Fərqlənmə sertifikatı” ilə təmin edirik.

Özümlə kompüter gətirməliyəmmi?

Əgər sizin şəxsi notbukunuz varsa, o zaman noutbukunuzu özünüzlə dərslərə gətirməlisiniz. Əgər noutbukunuz yoxdursa, o zaman biz sizi dərs zamanı masaüstü kompüter və ya noutbuk ilə təmin edəcəyik.

Kursu bitirdikdən sonra iş tapmaqda köməklik edirsinizmi?

Bəli, kurslarımızı uğurla bitirmiş məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təcrübə və iş üçün yönəldiririk.

Təlimçilər barədə məlumat almaq istəyirəm.

Təlimçilərimiz bir neçə il təcrübəyə malik peşəkar proqramçılardır, onlar bank sektoru, texnoloji şirkətlər və digər biznes sahələri üçün bir çox proqram təminatı hazırlamış mütəxəssislərdir və bu sahədə böyük təcrübəyə malikdirlər. Sınaq dərslərimizdə iştirak edərək özünüz təlimçilərin bilik-bacarıq səviyyəsini, təcrübəsini və dərs metodikasını dəyərləndirə bilərsiniz.

Sınaq dərsinizdə iştirak etmək olarmı?

Bəli, sınaq dərslərimizdə iştirak edərək, özünüz dərs şəraiti, təlimçi və dərs metodikası ilə heç bir ödəniş etmədən tanış ola bilərsiniz. Sınaq dərsinə yazılmaq üçün bizimlə telefon və ya whatsapp üzərindən əlaqə saxlayın.

Digər kurslarımız

JET Academy-də siz proqramlaşdırma sahəsinin ən tələb edilən istiqamətləri üzrə təhsil ala bilərsiniz

Flutter Mobil Proqramlaşdırma kursu

JET Academy-nin Flutter ilə Mobil Proqramlaşdırma Kursu sizə Android və iOS üçün yüksək performanslı mobil tətbiqlər hazırlamağı öyrədir. Dart dili və Flutter framework-u ilə 5 ay ərzində sıfırdan peşəkar səviyyəyə çatın! Praktiki dərslər, real layihələr və karyera dəstəyi ilə mobil proqramlaşdırma sahəsində uğurlu kariyera qurmağa hazır olun.