Data Analitika nədir və bu sahəyə niyə bu qədər tələb var?
%20(1)-1765179832307.webp&w=3840&q=100)
İş dünyasında rəqabət günbəgün artdıqca, şirkətlər hər qərarını daha dəqiq, daha ağıllı və daha hesablanmış şəkildə verməyə çalışırlar. Bu ehtiyac isə bir xüsusi sahənin yüksəlişinə səbəb oldu: Data Analitika. Bəs Data Analitika nədir və bu sahə niyə qlobal trendlər arasında ön sıralardadır?
Bu məqalədə həm yeni başlayanlar, həm də karyerasını dəyişdirməyi düşünənlər üçün data analitikanın mahiyyətini və aktual dəyərini izah edəcəyik.
Data Analitika nədir?
Sadə dildə desək, Data Analitika – məlumatların toplanması, təmizlənməsi, təhlil edilməsi və nəticələrə əsasən qərar verilməsi prosesidir.
Data analitiklər müxtəlif mənbələrdən gələn məlumatları (satış, müştəri davranışı, sosial media, maliyyə, veb analitika və s.) işləyərək:
- Musterləri və trendləri tapır,
- Problemləri müəyyənləşdirir,
- Proqnozlar verir,
- Biznes üçün dəyər yaradan tövsiyələr hazırlayır.
Bu sahənin əsasında məntiqi analiz, statistik düşüncə və texnoloji bacarıqlar dayanır.
Data Analitikanın əsas mərhələləri
Data analitika prosesi adətən 4 mərhələdən ibarət olur:
1. Məlumatların toplanması
CRM sistemləri, satış hesabatları, Excel cədvəlləri, sensorlar, veb saytlardan çıxarışlar və s.
2. Data Cleaning (məlumatların təmizlənməsi)
Ən vacib mərhələ!
Burada səhv, natamam və ya təkrarlanan məlumatlar düzəldilir və analiz üçün hazır vəziyyətə gətirilir.
3. Analiz və vizuallaşdırma
Python, SQL, Excel, Power BI, Tableau və digər alətlər vasitəsilə məlumatlar araşdırılır və vizuallaşdırılır.
4. Nəticələrin təqdim edilməsi
Analitik, şirkət rəhbərliyinə məntiqli və biznes dəyəri yaradan tövsiyələr təqdim edir.
Niyə Data Analitikaya bu qədər TƏLƏB var?
Bu sualın cavabı çox sadədir: məlumat artıq dünyanın ən dəyərli resursudur.
1. Şirkətlər data olmadan qərar verə bilmir
Müəssisələrin böyük hissəsi artıq intuisiya ilə deyil, analitik hesabatlarla hərəkət edir.
Kampaniya başlayan zaman:
- Hansı müştəri daha çox alış edir?
- Hər məhsuldan nə qədər gəlir gəlir?
- Növbəti ayın satış proqnozu nədir?
Bu sualların hamısının cavabı data analitikdədir.
2. Data analitiklərə tələbat sürətlə artır
LinkedIn, Indeed və digər kariyera platformalarında Data Analyst vakansiyaları illərdir TOP 10-luqda qalır.
Səbəb?
- Rəqəmsallaşma
- E-commerce-in böyüməsi
- AI və avtomatizasiyanın inkişafı
- Biznes rəqabətinin güclənməsi
Dünyanın hər ölkəsində, o cümlədən Azərbaycanda bu sahəyə kəskin ehtiyac var.
3. Yüksək maaş və geniş karyera imkanları
Data analitiklər yalnız bir sahədə yox, demək olar ki, bütün sektorlarda işləyə bilirlər:
- Bankçılıq
- Marketinq və satış
- Sığorta
- IT
- Səhiyyə
- Logistics
- E-commerce
Bunlar data analitikanı “universal peşə” halına gətirir.
4. Şirkətlər daha effektiv işləmək istəyir
Data Analitika şirkətlərə:
- Xərcləri azaltmağa
- Mənfəəti artırmağa
- Müştəri məmnuniyyətini yüksəltməyə
- Biznes risklərini azaltmağa
- kömək edir.
Bu nəticələr isə analitikləri şirkətin ən strateji mövqelərindən biri edir.
Kimlər Data Analitika sahəsinə keçə bilər?
Bu sahəyə keçmək üçün mütləq proqramçı olmaq lazım deyil.
Aşağıdakı bacarıqlara sahibsinizsə, artıq 1 addım öndəsiniz:
- Məntiqi düşüncə
- Analitik yanaşma
- Excel bilikləri
- Çözümyönümlü fikir tərzi
- Diqqətlilik
Texniki bacarıqlarsa öyrədilir: Python, SQL, Power BI, statistika və s.
Nəticə
Data Analitika – bugünün və gələcəyin ən dəyərli sahələrindən biridir. Dünya rəqəmsallaşdıqca, məlumatlar artdıqca və rəqabət kəskinləşdikcə analitiklərə olan tələbat da durmadan yüksəlir.
Əgər sən də bu sahəyə keçməyi düşünürsənsə, doğru zamandasın və doğru istiqamətdəsən. JET Academy-də bu sahəni addım-addım, real layihələrlə öyrənmək mümkündür. Kursumuz haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edin:
Teqlər:
Post tapılmadı