Satış Meneceri vakansiyası
15.07.2026
Full-time
Təcrübə :1 - 3 il
İş Haqqında
• Tədris proqramları haqqında potensial tələbələrə ətraflı məlumat vermək;
• Daxil olan müraciətləri idarə etmək və tələbə konsultasiyalarını həyata keçirmək;
• Potensial tələbələrlə əlaqə yaradaraq qeydiyyat prosesini həyata keçirmək;
• Satış planlarının və aylıq hədəflərin icrasını təmin etmək;
• Mövcud və potensial tələbə bazası ilə davamlı əlaqə saxlamaq;
• Müştəri məmnuniyyətinin qorunması və satış prosesinin effektiv idarə olunması;
• Gündəlik və aylıq satış hesabatlarının hazırlanması.
Namizədə Tələblər
• Yaş: 22+
• Satış sahəsində 2 il + iş təcrübəsi;
• Təhsil və xidmət sektorunda satış təcrübəsi üstünlükdür;
• Rus dili biliyi mütləqdir;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• Müştərilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
• Satış hədəfləri ilə işləmə təcrübəsi;
• Etirazlarla işləmək və müştərini düzgün yönləndirmək bacarığı;
• Məsuliyyətli, təşəbbüskar və nəticə fokuslu olmaq.
İş şəraiti
• İş qrafiki: Həftədə 5 gün ( 09:30-18:30 )
• Maaş: 1000-1800 AZN (fix + bonus)
• İş yeri: Bakı şəhəri, Olimpiya küçəsi 6A
(Gənclik Mall və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaxınlığı).