Remote iş nədir?

Remote iş nədir?

10.02.2023

4173

Salam 👋! ümid edirəm yaxşısınız. Bu məqaləmizdə remote  (online, uzaqdan) iş haqqında danışacağıq. Beləliklə, biz başladıq. Let`s go!

Hər gün səhər tezdən işə getmək çətindir? İşdə geyim kodeksinden bezmisiniz? Bir proqramçı iş müddətində qarşılaşdığı bir sıra qaydalar var ki, rahatlığını alır və bununla da iş keyfiyyətini azaldır. Bunlara misal olaraq işə gedib-gələrkən itirilən vaxtdan tutmuş, geyim kodeksinə qədər və s. verə bilərik.  Remote iş dediyimiz sadəcə uzaqdan işdir. Ofis işi ilə fərqi sadəcə bundadır. Hansı ki, internet üzərindən işləyirsən, amma işləyirsən. Və əlbəttə, evdən olduğu üçün, hər səhər oyanıb işə tələsmirsən, tıxaca düşmürsən və s. Hesablamalara görə hal-hazırda dünya üzrə şirkətlərin 16%-i sırf remote işçilərlə işləyir, əksinə 44% şirkətlər isə remote işə icazə vermir.Həm proqramçı üçün həm də şirkət üçün üstünlükləri olduqca çoxdur. Developer üçün olan üstünlüklər haqqında danışdıq. Şirkət üçün isə bu üstünlüklər var:  ofis xərcləri azalır , işçilər məmnun, rahat idarəetmə və müasirlik. Şirkətlər bəzən xaricdəki ofislərinə dəvət edirlər. Əlbəttə, orda qalmaq şərtilə. Bəzi şirkətlər xaridə getmək üçün gediş xərcini (ailəlisinizsə onların da) və bəzən orda müəyyən müddətə qədər (1-3 ay) qalmaq xərci də verilir.

remote iş

Remote işlər əsasən 2 formada olur. Ya frilans (freelance) proyekt götürürsünüz, ya da xarici şirkətlə işləyirsiniz.  

Frilans: Siz proyekt götürürsünüz və müqaviləniz proyekt bitənə qədər qüvvədə olur. Əsasən 1 proyekt üzərində qurulur, amma bəzən proyektlər arta da bilir.

Şirkət: Siz işçisiniz. Buna görə də işçinin həm istirahət, həm də məzuniyyət günləri nəzərə alınır. Aylıq maaş alırsınız.

 

İntervyu prosesi haqqında

interview process

Əsasən, 3 mərhələli olur (şirkətdən-şirkətə dəyişə bilər):

İlkin təklif və ya vakansiyaya müraciət:

1. Vakansiya açılır.

    Siz müraciət edirsiniz.

    Sizə cavab gəlir.

    HR ilə görüş vaxtı təyin edilir.

2. HR ilə görüş

    HR sadəcə sizin vakansiyaya uyğun olub-olmadığınızı yoxlayır.

    HR dil biliyi, təcrübə, pozisiyanızın (junior, middle, senior)  vakansiyaya uyğun olduğunu yoxlayır.

3. Texniki intervyu

    Gələcək şirkətinizdən olan developer ixtisasınızla əlaqəli suallar verilir.

    Bəzən, nəzəri sual-cavabdan sonra, "1 sual-1 saat" prinsipi ilə də yanaşa bilərlər. 

    Çalışın taskı həll etməkdənsə, ortaya həll yolu qoyun. Çünki, onlar robot yox,mühəndis axtarırlar. 

 

Daha ətraflı YouTube kanalımızdan bu videoya baxa bilərsiniz. Uğurlar 👋