Məzmunə keç / Skip to content
XəbərTarix: 16.04.2026Saat: 18:01

UNEC nəzdində Maliyyə-İqtisad Kollecində " IT Mütəxəssinin Yol Xəritəsi" adlı seminar keçirildi

IT Seminar Unec/ JET Academy

IT sahəsində düzgün istiqamət seçimi uğurlu karyeranın başlanğıcıdır. Bu məqsədlə UNEC nəzdində Maliyyə-İqtisad Kollecində “IT Yol Xəritəsi” adlı maarifləndirici seminar təşkil olundu.Seminar zamanı tələbələr IT sahəsində mövcud karyera istiqamətləri, real iş bazarının tələbləri və inkişaf imkanları haqqında geniş məlumat əldə etdilər.

Tədbirdə çıxış edən təcrübəli IT mütəxəssisi Ceyhun Şərəfxanov, iştirakçılara IT sahəsində karyera qurmağın mərhələli yanaşmasını izah etdi. O, xüsusilə Help Desk mərhələsindən başlayaraq Sistem və Şəbəkə İnzibatçılığı istiqamətinə qədər uzanan inkişaf yolunu real nümunələr əsasında təqdim etdi.

Seminar çərçivəsində tələbələr yalnız nəzəri biliklər deyil, həm də praktiki tövsiyələr əldə etdilər. İştirakçılar üçün bu tədbir gələcək karyeralarını planlaşdırmaq və düzgün istiqamət seçmək baxımından mühüm rol oynadı.

Bəs siz IT sahəsində karyeranıza haradan başlamağı düşünürsünüz? Fikirlərinizi bizimlə bölüşün.

Post tapılmadı

Tədris sahələrimiz haqqında məlumat almaq üçün qeydiyyatdan keçin