JET Academy-də Kibertəhlükəsizlik üzrə Ödənişsiz sınaq dərsi keçirildi
-1773832915723.webp&w=3840&q=100)
JET Academy-də kibertəhlükəsizlik üzrə təşkil olunan ödənişsiz açıq dərs uğurla baş tutdu.
Texnologiyanın sürətli inkişafı ilə paralel olaraq kibertəhlükəsizlik sahəsinə marağın artdığı bir dövrdə keçirilən bu tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Tədbir zamanı iştirakçılara kibertəhlükəsizlik sahəsinə giriş, tələb olunan əsas bilik və bacarıqlar, eləcə də bu sahədə düzgün karyera istiqamətləri haqqında ətraflı məlumat verildi.
Açıq dərs təcrübəli mütəxəssis Nicat Babayev tərəfindən keçirildi. Təlimçi öz real iş təcrübəsinə əsaslanaraq kibertəhlükəsizlik sahəsində inkişaf etmək istəyənlər üçün vacib məqamları və praktiki tövsiyələri iştirakçılarla bölüşdü.
Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsinə ilk addımlar, əsas texniki biliklər və IT sahəsində inkişaf istiqamətləri kimi mövzular əhatə olundu.
Bu cür açıq dərslər iştirakçılara IT sahəsində düzgün istiqamət seçmək və real bazar tələblərini anlamaq baxımından mühüm rol oynayır.
https://jetacademy.az/az/course/kibertehlukesizlik-kursu
Teqlər:
Post tapılmadı