Haqqımızda
2021-ci ildən etibarən JET Academy olaraq ölkənin texnologiya sahəsində aparıcı tədris mərkəzlərindən biri kimi özümüzü sübut etmişik və yüzlərlə yüksək
Biz tələbələrə real avadanlıqlar və layihələr üzərində praktiki bacarıqlar qazandırır, təlimlərimizi qısa və effektiv kurslar şəklində təqdim edirik ki, bilikləri sürətlə iş dünyasında tətbiq edə bilsinlər.
Proqramlarımız müasir və tələbata uyğun sahələri əhatə edir və professional, yüksək təcrübəli təlimçilərimiz tərəfindən keçirilir. Hər bir proqramımız beynəlxalq standartlara uyğun metodologiya əsasında hazırlanıb və tələbələrimizin real dünya təcrübəsi qazanmasını təmin edir. Biz həmçinin məzunlarımızın karyera inkişafına dəstək olmaq üçün onları partnyor şirkətlərlə əlaqələndiririk.

Missiyamız və Vizyonumuz
Missiya
Missiyamız müasir texnologiyalar, peşəkar təlimçilər və təcrübəyə əsaslanan tədris metodları ilə hər kəs üçün əlçatan, maraqlı və effektiv IT təhsili təqdim etmək, tənqidi düşüncə, yaradıcılıq və texniki bacarıqları inkişaf etdirməklə texnologiya sahəsində ixtisaslı mütəxəssislər yetişdirməkdir.
Vizyon
Vizyonumuz rəqəmsal dövrün gələcək liderlərini formalaşdıracaq, innovativ düşüncəli və problem həll etmə bacarıqlarına sahib bir nəsil yetişdirməyə dəstək olmaqdır. Bunun üçün beynəlxalq səviyyəli, texnologiya əsaslı təhsil təqdim edərək gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyirik.
10+
Tədris sahəsi
1500+
Məzun sayı
20+
Aktiv qrup sayı
200+
Tələbə sayı
Təlimçi Heyəti
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir